Fitso: Qırmızı Orduya görə Rusiyaya gedirəm
22 Aprel 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
266
21.04.2026, 22:36
Tərtər Peşə Məktəbinə inzibati-təsərrüfat işləri üzrə yeni direktor müavini təyin edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Bəhruz Nəzərov gətirilib.
Qeyd edək ki, Bəhruz Nəzərov 2003-cü ildə Kənd Təsərrüfatı Akademiyasında “İpəkçilik” ixtisası üzrə bakalavriat, 2005-ci ildə isə həmin təhsil müəssisəsində “Biologiya və kənd təsərrüfatı əsasları” ixtisası üzrə magistratura təhsili alıb.
2022-ci ildə “Seleksiya və toxumçuluq” ixtisası üzrə aqrar elmlər sahəsində fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Həmçinin oxuyun
Əmək fəaliyyətinə Laçın rayonu əsaslı kənd orta məktəbində biologiya müəllimi kimi başlayıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər bölgə Təcrübə Stansiyasında elmi işçi, Becərmə texnologiyası şöbəsinin müdiri vəzifələrində çalışıb.
Fəaliyyəti dövründə Tərtər Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzində, Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Təlim Mərkəzində direktor, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində direktor müavini və maliyyə-təsərrüfat sektorunun müdiri, eləcə də Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzində direktor vəzifələrində çalışıb.
2024-cü ildən etibarən Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Təhsilalanlarla iş şöbəsinin işəgötürənlərlə iş üzrə mütəxəssisi kimi fəaliyyət göstərib, eyni zamanda “Aqronom texnik” ixtisası üzrə qısamüddətli kurslarda təlimçi müəllim kimi çalışıb.
00:55 / 22 Aprel 2026
19
00:42 / 22 Aprel 2026
34
00:34 / 22 Aprel 2026
38
23:59 / 21 Aprel 2026
42
23:50 / 21 Aprel 2026
72
23:42 / 21 Aprel 2026
56
23:19 / 21 Aprel 2026
108
23:16 / 21 Aprel 2026
103
23:06 / 21 Aprel 2026
158
22:54 / 21 Aprel 2026
58
22:28 / 21 Aprel 2026
52
22:24 / 21 Aprel 2026
66
22:12 / 21 Aprel 2026
101
22:04 / 21 Aprel 2026
424
21:58 / 21 Aprel 2026
83
21:36 / 21 Aprel 2026
96
21:27 / 21 Aprel 2026
85
21:13 / 21 Aprel 2026
1924
21:08 / 21 Aprel 2026
94
21:05 / 21 Aprel 2026
842
20:49 / 21 Aprel 2026
83
20:22 / 21 Aprel 2026
150
20:10 / 21 Aprel 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.