Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul olunub
17 İyul 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
855
19.03.2026, 08:24
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev deputat Mixail Yuryeviç Zabelini 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Rəsmi sərəncamda Mixail Zabelinin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunduğu qeyd edilib.
Bu gün 80 yaşını qeyd edən Mixail Yuryeviç Zabelin kimdir?
Oxu24.com xəbər verir ki,Mixail Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirib.
O,demək olar ki,ömrünün böyük bir hissəsini ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla keçirib.Müxtəlif sahələrdə çalışan Mixail Zabelin 06.10.1994-cü ildə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin qərarı ilə Milli Məclisin üzvü seçilmişdir. Milli Məclisin İnsan hüquqları və millətlərarası münasibətlər Komissiyasının üzvü olmuşdur.O,demək olar ki,Milli Məclisin bütün çağırışlarında deputat seçilmişdir.2020-ci il fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 34 saylı Xətai II dairəsindən Milli Məclisin VI çağırış deputatı seçilib.
80 yaşlı deputat təkcə bununla kifayətlənmir. O,bir sıra digər vəzifələri də icra edir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin üzvü, Hesablayıcı Komissiyasının Katibi, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olmuşdur.
2022-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zabelin Mixail Yuryeviçi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edib.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının katibi seçilib.
Müxtəlif illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.
Hansı təltifləri var?
"Şöhrət" ordeni (17 mart 2006)
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (18 mart 2026)
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (30 noyabr 2022)
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Rusiya höküməti də zaman-zaman Azərbaycan parlamentinin deputatını yüksək orden və medallarla təltif edib.
"Dostluq" ordeni (8 iyun 2016)
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının fəxri fərmanı (2005)
Moskva şəhəri merinin təşəkkürnaməsi (19 oktyabr 2007)
Moskva Hökumətinin fəxri fərmanı (19 aprel 2006)
Xaricdə yaşayan həmvətənlərlə iş üzrə Hökumət Komissiyasının fəxri fərmanı (2008)
I dərəcəli "Böyük Pyotr" ordeni (2007)
II dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni (2019, Rus Pravoslav Kilsəsi)
III dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni (2007, Rus Pravoslav Kilsəsi)
"Müqəddəs kilsənin şöhrəti naminə xidmətlərə görə" medalı (2004)
"İlin ən yaxşı həmvətəni" mükafatı (2003)
O,həmçinin ABŞ-nin Texas ştatının fəxri vətəndaşıdır.1993-cü il martın 25-də Mixail Zabelinin təşəbbüsü ilə Azərbaycanda Rus İcmasının yaradılmış, həmin il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Həmin gündən Azərbaycanda Rus İcmasının sədridir.Ailəlidir,1 övladı var.
Hazırladı: Miri Məcidli
22:29 / 17 İyul 2026
1
22:07 / 17 İyul 2026
47
21:49 / 17 İyul 2026
48
21:17 / 17 İyul 2026
62
20:24 / 17 İyul 2026
59
20:06 / 17 İyul 2026
66
19:47 / 17 İyul 2026
71
19:35 / 17 İyul 2026
95
19:15 / 17 İyul 2026
80
18:56 / 17 İyul 2026
108
18:33 / 17 İyul 2026
95
18:24 / 17 İyul 2026
99
18:03 / 17 İyul 2026
73
17:59 / 17 İyul 2026
80
17:33 / 17 İyul 2026
74
17:13 / 17 İyul 2026
99
17:06 / 17 İyul 2026
90
16:59 / 17 İyul 2026
77
16:55 / 17 İyul 2026
97
16:27 / 17 İyul 2026
123
16:19 / 17 İyul 2026
110
16:08 / 17 İyul 2026
112
15:58 / 17 İyul 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.