Qaynar xətt:

(+99450) 247 90 86

Zahid Oruc: BTC Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu 

Zahid Oruc: BTC Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu 

SİYASƏT

668

17.03.2026, 13:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ötən həftə qardaş Türkiyənin siyasi hakimiyyətinə müxalif “Sözcü” qəzetində yayılan məqalə-guya ABŞ  planlarında Azərbaycan ərazisinin İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi iddiası tam əsassızdır və heç bir mötəbər fakta söykənməyən dezinformasiyadır.  Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz ərazisini üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevirməyib və heç vaxt da verməyəcək.

Belə spekulyativ geopolitik ssenarilərin məqsədi  Azərbaycan və İran arasında münasibətləri gərginləşdirmək, Cənubi Qafqazı yenidən hərbiləşdirmək və Yaxın Şərqin bir parçasına döndərməkdir. Halbuki ötən ilin iyulunda İsrail-İran 12 günlük savaşında da  dövlətimiz diplomatik dialoq və regional sabitlik mövqeyi tutdu, savaşın coğrafiyasının  genişlənməməsi üçün əhəmiyyətli  addımlar atdı. Dövlətimizin prinsipial siyasətinə əlavə misallar yaxın tariximizdə ABŞ-Rusiya, NATO-Rusiya və nəhayət, Türkiyə-İsrail hərbi-siyasi rəhbərləri üçün də Bakı dialoq paytaxtı olmuşdu". 

Oxu24.com   xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, geosiyasi seçimlər dövlətlərin taleyini həll edir: "Bir vaxtlar Gürcüstan və Ukraynanın NATO-ya üzvlük qərarı onları silahlı toqquşmaların mərkəzinə, qarşıdurma meydanına çevirmişdi. 

Azərbaycansa fərqli yol seçdi, hərbi-siyasi neytrallığını qoruyub saxladı, ərazisində xarici hərbi bazalara yer vermədi və forposta çevrilmədi. İlham Əliyevin bloklara qoşulmamaq siyasəti İkinci Qarabağ müharibəsinin internasional xarakter almasına imkan vermədi və  Qələbəmizin əsas səbəblərindən biri oldu".

O əlavə edib ki, müstəqil və balanslı siyasətin əsası 1990-cı illərdə Ulu öndər Heydər Əliyev  tərəfindən qoyulub: "1994-cü ildə imzalanan “Əsrin neft müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan boru kəməri Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu.

İndi enerji xətləri və təchizat zəncirləri uğrunda gedən müharibələrdə Ulu öndərin strateji seçimi nəinki ölkəmizi, o cümlədən, regionu xilas edir. Dünya təyyarədaşıyan gəmilər və dronları müzakirə edərkən, 1768 km-lik polad borular Avropanın enerji təhülkəsizliyini,  suverenliyimizi və regional sabitliyi qoruyur. 

Qlobal  savaşlar təkcə silahlarla deyil, siyasi və iqtisadi risqləri onilliklər əvvəldən hesablamaqla aparılır. Dövlətlər enerji təchizatının 20 faizini təmin edən Hörmuz boğazından asılı qaldığı bir  vaxtda 32 il əvvəl qəbul edilən Azərbaycanın enerji strategiyasının əhəmiyyəti daha aydın görünür. 

Ölkəmizin ərazisində xarici hərbi qüvvələrin varlığına mərhələli şəkildə   son qoyulub. Vaxtilə Qəbələ Radiolakasiya Stansiyasını diplomatiya ilə, Ermənistanın işğalçı qüvvələrini silahla, nəhayət, 5-ci ilini tamamlamamış Rusiya sülhməramlılarını siyasi iradə ilə çıxaran ölkəmizdə milli ordumuzdan başqa heç bir xarici baza və qüvvə yoxdur.

Qalib dövlətimizi yeni qlobal qarşıdurmalara və qonşu dövlərtlərə qarşı milli-etnik savaşlara  çəkmək ideyası iflasa məhkumdur.

Bəli, 90-cı illərdə Sovet İttifaqının dağılması Qarabağdan başlandı. Bu günsə eyni regionda Azərbaycan qarşıdurma deyil, sabitlik, müharibə yox, sülh və dialoq məkanıdır".

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

144

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

143

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

143

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

147

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

286

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

139

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

164

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

194

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

144

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

220

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

143

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

152

0