Ceyhun Bayramov tailandlı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
20 Aprel 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
631
16.02.2026, 13:34
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü keçirilib. Bu dəfə təşəbbüsün hər iki tərəfdən beş üzvü ilə yanaşı, iştirakçıların sayı artırılıb və ümumilikdə 39 nəfər görüşdə iştirak edib”.
Oxu24.com xəbər verir ki ,bu sözləri Globalinfo.az-a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq nailiyyətlər “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda keçirilən dəyirmi masa haqda danışarkən deyib.
Politoloq bildirib ki, azərbaycanlı iştirakçılar sülh gündəliyinin nailiyyətlərindən biri olan delimitasiya və demarkasiya edilmiş quru sərhədini keçiblər:
“Keçid proseduru sərhəd və gömrük nəzarətindən ibarət olub, həmçinin COVID məhdudiyyətləri ilə əlaqədar xüsusi icazə alınıb. Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat otelə transfer, 4 müzakirə sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-rəsmi dialoq baş tutub.
İşçi dillər ingilis və rus dilləri olub. Erməni KİV-ləri üçün keçirilən mətbuat konfransında erməni tərəfi erməni dilində, Azərbaycan tərəfi isə Azərbaycan dilindən tərcümə olmadığı üçün rus dilində çıxış edib.
Görüşdə proqramda nəzərdə tutulan mövzular, eləcə də cəmiyyətlərimizi narahat edən məsələlər müzakirə olunub, sülh gündəliyinə yanaşmalar, mövcud maneələr və problemlər, gələcək fəaliyyət istiqamətləri izah edilib”.
Politoloqun sözlərinə görə, görüşdə həm dialoq platformalarında təcrübəsi olan ekspertlər, həm də ilk dəfə iştirak edən nümayəndələr yer alıblar:
Həmçinin oxuyun
“Qarşılıqlı gözləntilər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər və fikir ayrılıqları barədə açıq və səmimi dialoq aparılıb.
Bu gün demək olar ki, Azərbaycan və Ermənistan cəmiyyətlərinin gözləntiləri təhlükəsizliyin təmin olunması, müstəqillik və suverenliyin möhkəmləndirilməsi, sülh gündəliyindən fayda əldə edilməsi istiqamətində üst-üstə düşür.
Sülh gündəliyində artıq bir sıra nailiyyətlər var, gözləntilər artır, eyni zamanda qeyri-müəyyənliklər və çoxsaylı problemlər mövcuddur. “Sülh Körpüsü” təşəbbüsü ikitərəfli dialoqun formalaşdırılmasına yönəlmiş cəhddir; bu, dialoqun mümkün olduğunu göstərir və müəyyən mərhələdə onun institusional xarakter ala biləcəyini nümayiş etdirir.
Fəaliyyət iki istiqamətdə aparılır, öz cəmiyyətimizlə ünsiyyət və birgə fəaliyyət. Bəzi məsələlər alınır, bəziləri isə yox və bu, təbiidir. Şübhəsiz ki, Ermənistanda keçiriləcək parlament seçkiləri dönüş nöqtəsi olacaq; bundan sonra sülh gündəliyinin genişləndirilməsi və dərinləşdirilməsi, yaxud əldə olunmuş nailiyyətlərdən geri çəkilmə barədə danışmaq mümkün olacaq.
Hazırda yüksək səviyyəli siyasi dialoq və artan iqtisadi qarşılıqlı əlaqə ilə yanaşı, vətəndaş cəmiyyətləri səviyyəsində də ikitərəfli dialoq formatı formalaşır. Gələcək sülhün parametrləri müəyyənləşir. Azərbaycan sülh gündəliyinə sadiqdir və milli maraqlar çərçivəsində ardıcıl addımlar atmağa davam edəcək. Cəmiyyətdə sülh gündəliyi ilə işləmək isə səbr və məsuliyyət tələb edən uzunmüddətli proses olacaq.
Belə bir vəziyyət yaranıb ki, hökumətlər dayanmaq qərarına gəlib, sülh gündəliyini dəstəkləyən cəmiyyət nümayəndələri isə dialoq və birgə fəaliyyəti formalaşdırmağa çalışırlar. Bu xarakterli səfərlər dövlət strukturlarının resurslarının səfərbər olunmasını, iştirakçıların təşəbbüskarlığını və fəaliyyətlərdə konstruktiv yanaşmanı tələb edir”.
14:39 / 20 Aprel 2026
12
14:28 / 20 Aprel 2026
134
14:21 / 20 Aprel 2026
60
14:06 / 20 Aprel 2026
40
13:59 / 20 Aprel 2026
39
13:40 / 20 Aprel 2026
140
13:36 / 20 Aprel 2026
61
13:33 / 20 Aprel 2026
51
13:26 / 20 Aprel 2026
50
13:21 / 20 Aprel 2026
92
13:08 / 20 Aprel 2026
46
13:06 / 20 Aprel 2026
71
13:03 / 20 Aprel 2026
53
12:57 / 20 Aprel 2026
265
12:55 / 20 Aprel 2026
46
12:48 / 20 Aprel 2026
1203
12:34 / 20 Aprel 2026
969
12:32 / 20 Aprel 2026
142
12:30 / 20 Aprel 2026
67
12:20 / 20 Aprel 2026
51
12:17 / 20 Aprel 2026
571
12:12 / 20 Aprel 2026
57
12:08 / 20 Aprel 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.