Avtomobil kondisioneri adamı zəhərləyir? - VİDEO
28 İyul 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
698
14.02.2026, 19:56
“Azərbaycanla Ermənistan arasında rəsmi sülh sazişi imzalanacaq, hər şey Ermənistan Konstitusiyasına dəyişiklik edilərək, orada artıq otuz ildir mövcud olan Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasından asılıdır”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Dövlət başçısı qeyd edib ki, bu addım atıldıqdan dərhal sonra sülh sazişi rəsmi şəkildə imzalanacaq: “Bu müddət ərzində isə Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu yeni bağlantı xətlərinin yaradılmasında mühüm rol oynayacaq. Artıq qeyd etdiyim kimi, Çin, Mərkəzi Asiya, Transxəzər, Azərbaycan, Ermənistan, Azərbaycanın eksklavı Naxçıvan, Türkiyə və oradan Avropaya uzanan nəqliyyat marşrutu tamamilə yeni bir vəziyyət yaradacaq.
Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut üzərində yerləşən bütün dövlətlər siyasi və iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaqlar. Bu isə Azərbaycanla Ermənistan arasında uzunmüddətli və davamlı sülhə əlavə töhfə verəcək. Çünki sülh yalnız real və ardıcıl sülh prosesi olduqda mümkündür. Sənədin imzalanması vacibdir.
Bu, əsasdır. Lakin bundan sonra atılan addımlar da heç də az əhəmiyyət daşımır. Azərbaycanla Ermənistan arasında son qanlı toqquşmadan Vaşinqton sammitinədək keçən müddət iki ildən az olub.
Düşünürəm ki, bu, xüsusilə otuz il davam etmiş münaqişələr üçün nadir göstəricidir. Hər iki tərəf bu qarşıdurmaya son qoymaq və sülh səhifəsini açmaq üçün güclü siyasi iradə nümayiş etdirdi.
Biz cəmi altı aydır ki, sülh şəraitində yaşayırıq. İnanın, bu, çox xüsusi və çox xoş bir hissdir. Bu hissi Azərbaycan əhalisinin hamısı və əminəm ki, Ermənistan cəmiyyəti də bölüşür.
Bağlantı layihələri və nəqliyyat dəhlizləri bizi daha da yaxınlaşdıracaq, qarşılıqlı asılılığı artıracaq və Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaradacaq. Nəhayət, Azərbaycan, Gürcüstan və Ermənistan üçtərəfli əsasda qarşılıqlı əməkdaşlığa başlayacaqlar”.
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.