Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
01 Oktyabr 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
650
14.02.2026, 15:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Oxu24.com xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.
O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.
Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirildi.
02:00 / 02 Oktyabr 2026
70
00:03 / 02 Oktyabr 2026
99
23:54 / 01 Oktyabr 2026
86
23:41 / 01 Oktyabr 2026
98
23:12 / 01 Oktyabr 2026
103
23:00 / 01 Oktyabr 2026
106
22:53 / 01 Oktyabr 2026
91
22:52 / 01 Oktyabr 2026
93
22:50 / 01 Oktyabr 2026
166
22:42 / 01 Oktyabr 2026
84
22:31 / 01 Oktyabr 2026
93
22:24 / 01 Oktyabr 2026
125
22:18 / 01 Oktyabr 2026
236
22:07 / 01 Oktyabr 2026
99
21:42 / 01 Oktyabr 2026
93
21:41 / 01 Oktyabr 2026
111
21:31 / 01 Oktyabr 2026
92
21:29 / 01 Oktyabr 2026
108
21:26 / 01 Oktyabr 2026
236
21:25 / 01 Oktyabr 2026
82
21:19 / 01 Oktyabr 2026
89
21:15 / 01 Oktyabr 2026
84
21:08 / 01 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.