Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
01 Oktyabr 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1815
12.02.2026, 16:52
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Faiq oğlu Nəzərliyə “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi
verilib.
Oxu24.com xəbər verir ki, Orxan Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində çalışıb.
2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
Miri Məcidli
02:00 / 02 Oktyabr 2026
86
00:03 / 02 Oktyabr 2026
125
23:54 / 01 Oktyabr 2026
89
23:41 / 01 Oktyabr 2026
113
23:12 / 01 Oktyabr 2026
119
23:00 / 01 Oktyabr 2026
112
22:53 / 01 Oktyabr 2026
96
22:52 / 01 Oktyabr 2026
104
22:50 / 01 Oktyabr 2026
176
22:42 / 01 Oktyabr 2026
89
22:31 / 01 Oktyabr 2026
98
22:24 / 01 Oktyabr 2026
131
22:18 / 01 Oktyabr 2026
245
22:07 / 01 Oktyabr 2026
104
21:42 / 01 Oktyabr 2026
98
21:41 / 01 Oktyabr 2026
113
21:31 / 01 Oktyabr 2026
98
21:29 / 01 Oktyabr 2026
111
21:26 / 01 Oktyabr 2026
260
21:25 / 01 Oktyabr 2026
84
21:19 / 01 Oktyabr 2026
94
21:15 / 01 Oktyabr 2026
87
21:08 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.