Yeni nazir müavini təyin edildi
31 İyul 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1407
23.01.2026, 13:10
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias hələ ötən ilin sonunda parlamentin plenar iclasında çıxışı zamanı Türkiyəni ölkə təhlükəsizliyi baxımından birinci və əsas təhdid kimi qiymətləndirmişdi.
Oxu24.com xəbər verir ki, Dendias bu gün açıq şəkildə Türkiyəni ərazi suları vasitəsilə təhdid edib. O 30 ildən çoxdur ki, Egey dənizində gərginliyi davam etdirən Afina ittihamlarını yüksək tonda səsləndirməyə davam edib. Dendias sonuncu açıqlamasında Türkiyənin 1995-ci ildən bəri qüvvədə olan "Casus belli" (Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərti -red-Ə. Rəşid)qərarına toxunaraq bildirib ki, Yunanıstan Egey dənizindəki ərazi sularını genişləndirmək hüququnu özündə saxlayır və bu məsələ Türkiyə ilə danışıqlara açıq deyil: "Biz "Casus belli"məsələsini müzakirə mövzusu hesab etmirik. Bu məsələ ilə bağlı danışıqlar apara bilmərik. Beynəlxalq hüquq bu hüququ tanıyır və bu, suverenlik məsələsidir. Ərazi sularımızı genişləndirmək bizim birtərəfli hüququmuzdur".
Ötən ilin sentyabrında da Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirdi ki, Yunanıstan, Ankaranın Afinaya qarşı "rəsmi müharibə elanını" geri götürmədiyi təqdirdə, Türkiyənin Avropa üçün Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) proqramında iştirakını bloklayacaq. Casus belli məsələsi müzakirə mövzusu olduğu müddətcə, Türkiyənin Avropa müdafiəsi ilə bağlı SAFE proqramında iştirakını bloklamağa davam edəcəyik".
Türkiyə və Yunanıstan arasında 25 dekabr 1995-ci il yaranmış “Kardak” böhranından sonra iki qonşu arasında münasibətlər daha da gərginləşdi. Böhran Türkiyə gəmisinin Egey qayalıqları yaxınlığında quruya çıxması ilə başlayıb: “Figen Akat” adlı Türkiyə gəmisi Egey dənizinin Bodrum sahillərindən 3,8 mil məsafədə yerləşən Kardak qayalıqlarında saya oturur. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının onun ərazi sularında baş verdiyini iddia edir. Türkiyə isə bu adaların ona aid olduğunu bildirir. Bir müddət sonra Yunanıstan şərqdəki adaya hərbçilərini çıxararaq oraya bayraqlarını sancdırır. Bundan sonra hər iki ölkənin dəniz qüvvələri adanın ətrafında yerləşdirilir.
Həmin dövrdə Türkiyənin baş naziri olan Tansu Çillər “o bayraq oradan enəcək, o əsgər oradan gedəcək” deyərək Türkiyə Silahlı Qüvvələrinin savaşa hazır olduğunu bildirir və 30 yanvar 1996-cı il gecə adaya hərbçilər göndərir. Türkiyə donanması gecə saatlarında əməliyyata başlayır. Hərbçilər Şərqi Kardakı mühasirəyə almış Yunanıstan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya - Qərbi Kardaka Türkiyə bayrağını sancırlar. İki ölkə müharibə astanasına qədəm qoyur. Lakin o dövrkü ABŞ prezidenti Bill Klinton və NATO baş katibi Havyer Solananın cəhdləri nəticəsində gərginlik aradan qaldırılır. Bu hadisədən sonra isə Türkiyə "Casus belli" qanunu dövriyyəyə girir.
P.S. Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmlər doktoru, professor Anar İsgəndərli müsahibələrinin birində deyir: "müstəqillik əldə edəndən sonra da bu günə kimi də yunan üçün əsas düşmən türk millətidir. Heç olmasa ermənilər Türkiyənin müəyyən ərazisinə iddia edir. Yunanlar isə ümumiyyətlə, türkləri bu ərazinin sahibi hesab etmirlər”.
Əntiqə Rəşid
13:35 / 31 İyul 2026
1
13:25 / 31 İyul 2026
27
13:12 / 31 İyul 2026
48
13:07 / 31 İyul 2026
43
13:01 / 31 İyul 2026
48
12:55 / 31 İyul 2026
58
12:52 / 31 İyul 2026
53
12:50 / 31 İyul 2026
67
12:47 / 31 İyul 2026
58
12:40 / 31 İyul 2026
63
12:38 / 31 İyul 2026
319
12:20 / 31 İyul 2026
79
12:18 / 31 İyul 2026
240
12:12 / 31 İyul 2026
115
11:59 / 31 İyul 2026
62
11:58 / 31 İyul 2026
155
11:46 / 31 İyul 2026
364
11:45 / 31 İyul 2026
65
11:33 / 31 İyul 2026
777
11:26 / 31 İyul 2026
77
11:24 / 31 İyul 2026
218
11:23 / 31 İyul 2026
73
11:09 / 31 İyul 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.