Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
09 Avqust 2026, 12:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
711
30.10.2025, 23:51
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Oxu24.com xəbər verir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.
Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
21:27 / 09 Avqust 2026
21
20:42 / 09 Avqust 2026
47
20:24 / 09 Avqust 2026
69
19:49 / 09 Avqust 2026
66
19:14 / 09 Avqust 2026
65
18:40 / 09 Avqust 2026
92
14:30 / 09 Avqust 2026
93
13:55 / 09 Avqust 2026
86
13:31 / 09 Avqust 2026
349
13:30 / 09 Avqust 2026
99
13:10 / 09 Avqust 2026
102
12:30 / 09 Avqust 2026
101
12:24 / 09 Avqust 2026
495
12:13 / 09 Avqust 2026
107
12:06 / 09 Avqust 2026
146
12:04 / 09 Avqust 2026
1241
12:02 / 09 Avqust 2026
97
12:00 / 09 Avqust 2026
96
11:58 / 09 Avqust 2026
98
00:28 / 09 Avqust 2026
160
23:54 / 08 Avqust 2026
154
23:46 / 08 Avqust 2026
200
23:40 / 08 Avqust 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.