Prezidentin mətbuat xidməti AÇIQLAMA YAYDI
10 Oktyabr 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
647
18.10.2025, 08:53
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.
Oxu24.com xəbər verir ki, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.
Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.
Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci ildə Papa IV Sikstus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar, inkunabullar (XV əsrə aid kitablar), xəritələr, qravürlər və yazılı sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi araşdırmaları üçün açıqdır.
Vatikan Apostol Arxivi Müqəddəs Taxt-Tacın əsrlər boyu topladığı rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə cəmləşdirir. Uzun illər "Gizli Vatikan Arxivi" kimi tanınan bu məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək Vatikan Apostol Arxivi adlandırılıb.
Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan Apostol Arxivində IX əsrdən günümüzədək olan dövrə aid sənədlər toplanıb. Bu arxiv Katolik Kilsəsinin yaddaşı hesab olunur. Onun funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik münasibətlərinin gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir. Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt tərəfindən idarə olunur.
Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.
14:55 / 10 Oktyabr 2026
31
14:37 / 10 Oktyabr 2026
265
14:34 / 10 Oktyabr 2026
58
14:28 / 10 Oktyabr 2026
72
14:09 / 10 Oktyabr 2026
102
14:07 / 10 Oktyabr 2026
71
13:54 / 10 Oktyabr 2026
509
13:33 / 10 Oktyabr 2026
224
12:50 / 10 Oktyabr 2026
113
12:30 / 10 Oktyabr 2026
84
12:15 / 10 Oktyabr 2026
89
12:10 / 10 Oktyabr 2026
107
11:51 / 10 Oktyabr 2026
176
11:45 / 10 Oktyabr 2026
91
11:33 / 10 Oktyabr 2026
127
11:26 / 10 Oktyabr 2026
3559
11:11 / 10 Oktyabr 2026
1317
10:50 / 10 Oktyabr 2026
154
10:35 / 10 Oktyabr 2026
133
10:31 / 10 Oktyabr 2026
105
10:26 / 10 Oktyabr 2026
110
10:24 / 10 Oktyabr 2026
75
10:23 / 10 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.