İlham Əliyevin MDB sammitində çıxışı Azərbaycanın strateji prioritetlərini əks etdirir - RƏY
10 Oktyabr 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
612
16.10.2025, 13:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.
Oxu24.com xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.
Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı.
O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.
Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
18:31 / 10 Oktyabr 2026
1
18:21 / 10 Oktyabr 2026
32
18:09 / 10 Oktyabr 2026
49
17:42 / 10 Oktyabr 2026
77
17:34 / 10 Oktyabr 2026
76
17:30 / 10 Oktyabr 2026
72
16:47 / 10 Oktyabr 2026
83
16:31 / 10 Oktyabr 2026
101
15:59 / 10 Oktyabr 2026
1018
15:55 / 10 Oktyabr 2026
128
15:29 / 10 Oktyabr 2026
119
15:23 / 10 Oktyabr 2026
155
15:15 / 10 Oktyabr 2026
155
15:14 / 10 Oktyabr 2026
115
15:05 / 10 Oktyabr 2026
121
14:55 / 10 Oktyabr 2026
295
14:37 / 10 Oktyabr 2026
1486
14:34 / 10 Oktyabr 2026
112
14:28 / 10 Oktyabr 2026
7731
14:09 / 10 Oktyabr 2026
509
14:07 / 10 Oktyabr 2026
161
13:54 / 10 Oktyabr 2026
665
13:33 / 10 Oktyabr 2026
322
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.