Prezident tələb etdi: Milli Məclis toplanır
18 Noyabr 2025, 13:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5054
12.10.2025, 00:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.Prezident İlham Əliyev bu gün münasibəti ilə Sevil Heydər qızı Əliyevanı “Şərəf” ordeni ilə təltif edib.
Oxu24.com-un məlumatına görə, Sevil Əliyevanın 70 yaşı tamam olur.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub.
1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.
1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirib.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.
1981-ci ildə elmi tədqiqatını başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Azərbaycan və Türkiyə mediası zaman-zaman S.Əliyevanın Londondan Bakıya qayıdaraq siyasətə qoşulacağı, YAP-dan uzaqlaşdırılan sabiqlərdən ibarət müxalifət partiyası yaradaraq, ona rəhbərlik edəcəyi barədə məlumatlar yaysa da, bu, baş verməyib.
Sevil Əliyevanın özü də bir dəfə mətbuata açıqlamasında belə xəbərlərə nöqtə qoyub: “Mən siyasətlə məşğul olmağı düşünmürəm”.
Həmin açıqlamasında o hər hansı partiyaya rəhbərlik edəcəyi barədə məlumatları da təkzib edərək bildirib: "Burada, Londonda mənim ailəm var, mənim məşğuliyyətim var. Bunları dəyişmək fikrində deyiləm, xüsusilə də siyasətə. Mən valideynlərimin xatirəsini əziz tuturam. Azərbaycan prezidenti olan qardaşım, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm".
2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın yeni, hələlik sonuncu musiqi albomu təqdim olunub. O, öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin - atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom “Ze qaleri of Sevil” adlanır. Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksafon ifaçısı İqor Butman birliyi iştirak edib.
Albom Londonun “Əbbe Roud” studiyasında yazılıb.
Həmçinin oxuyun
Sevil Əliyevanın həyat yoldaşı Mahmud Məmməd-Quliyevdir. Mahmud Məmməd-Quliyev Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat və deputat kimi çalışıb.
Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olub.1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət edib. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini olub.
1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olub.
1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olub.
2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub
Ailənin bir qızı, iki oğlu var.
Sevil Əliyevanın Sevil Əliyevanın oğlu Azər Əliyev Azərbaycanda yaşayır və işləyir. Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir. Dominos pizza
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.
Sevil Əliyevanın kiçik oğlu olan Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Feferasiyasnın vitse-prezidentidir.
Böyük oğlu Giraf da idmana sevgisi ilə məşhurdur.
Əldə etdiyimiz məlumata görə, Giraf Əliyev hətta 2012-ci ildə Las-Veqasda keçirilən pauerliftinq üzrə dünya çempionatında Azərbaycanı yığma komandamızda təmsil edib.
Bu mötəbər yarışda Giraf 5-ci yeri tutub.
Xatırladaq ki, Sevil xanımın həm də Zərifə adlı bir qız övladı var.


00:08 / 19 Noyabr 2025
59
23:59 / 18 Noyabr 2025
127
23:47 / 18 Noyabr 2025
227
23:36 / 18 Noyabr 2025
215
22:32 / 18 Noyabr 2025
2645
20:50 / 18 Noyabr 2025
114
20:48 / 18 Noyabr 2025
1246
19:41 / 18 Noyabr 2025
263
19:39 / 18 Noyabr 2025
119
16:38 / 18 Noyabr 2025
155
16:24 / 18 Noyabr 2025
147
16:13 / 18 Noyabr 2025
92
15:13 / 18 Noyabr 2025
142
15:00 / 18 Noyabr 2025
133
14:31 / 18 Noyabr 2025
1317
14:24 / 18 Noyabr 2025
150
14:16 / 18 Noyabr 2025
163
13:32 / 18 Noyabr 2025
1796
13:18 / 18 Noyabr 2025
747
13:06 / 18 Noyabr 2025
108
12:59 / 18 Noyabr 2025
168
12:57 / 18 Noyabr 2025
140
12:53 / 18 Noyabr 2025
177
12:40 / 18 Noyabr 2025
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.