Prezident İlham Əliyev çıxış edib -DETALLAR
15 Oktyabr 2026, 22:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1194
25.08.2025, 11:34
Avqustun 25-də Prezident İlham Əliyev 2025-ci ildə Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncama əsasən, yarışla əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək ölkəmizin beynəlxalq hava limanlarında viza ala bilərlər.
Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, Bakıda keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab olunur.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinə Formula 1 yarışı ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, yarışla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.
Dövlət Miqrasiya Xidmətinə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Formula 1 yarışı ilə əlaqədar respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
08:41 / 16 Oktyabr 2026
1
08:39 / 16 Oktyabr 2026
45
08:35 / 16 Oktyabr 2026
21
07:22 / 16 Oktyabr 2026
219
00:52 / 16 Oktyabr 2026
124
00:10 / 16 Oktyabr 2026
159
23:39 / 15 Oktyabr 2026
115
23:19 / 15 Oktyabr 2026
159
23:00 / 15 Oktyabr 2026
163
22:40 / 15 Oktyabr 2026
162
22:22 / 15 Oktyabr 2026
156
22:15 / 15 Oktyabr 2026
517
22:10 / 15 Oktyabr 2026
164
22:06 / 15 Oktyabr 2026
182
22:06 / 15 Oktyabr 2026
108
22:06 / 15 Oktyabr 2026
118
21:55 / 15 Oktyabr 2026
145
21:42 / 15 Oktyabr 2026
134
21:23 / 15 Oktyabr 2026
206
21:12 / 15 Oktyabr 2026
143
21:07 / 15 Oktyabr 2026
191
20:56 / 15 Oktyabr 2026
124
20:48 / 15 Oktyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.