Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13947
az

Deputat səlahiyyət artımı tələb etdi, spiker razılaşmadı

13:1430 May, 2019
504
SİYASƏT
  • A
 
Millət vəkili Fazil Mustafa deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsinə şərait yaradacaq səlahiyyətlərin artırılmasını təklif edib.

Oxu24.com -un  xəbərinə görə, millət vəkili parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki, bu gün deputatların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin nəzərdə tutulmasından daha çox onların hüquqlarının, səlahiyyətlərinin artırılmasına ehtiyac var:

“Yaxşı olardı ki, heç olmasa, qarşıdan gələn sessiyalarda bu məsələyə daha ciddi diqqət yetiriləydi. Ölkədə, məsələn, məhkəmə-hüquq islahatları ilə bağlı işlər görülür. Amma millət vəkillərinin bunlardan xəbəri olmur, bu yöndə qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində görülən, nəzərdə tutulan işlərdən xəbərsiz qalırlar.


Ona görə deputatların hüquqlarının, səlahiyyətlərinin artırılmasına və təmin edilməsinə ehtiyac var. Keçən iclasda birinci vitse-spiker Ziyafət Əsgərov da irad tutdu ki, ancaq gündəlikdə olan məsələlərdən danışmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Deputatlar onları maraqlandıran istənilən məsələ ilə bağlı fikir bildirmək hüququna malikdirlər. Onların daha çox bu hüquqları təmin olunmalıdır, nəinki nizam-intizam məsələsi”.

Spiker Oqtay Əsədov isə deputata cavabında bunları deyib:

“Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsini açıb baxsanız, görəcəksiniz ki, bu məsələ orada da var. Ona görə nizam-intizam məsələsi çox vacibdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu