Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13919
az

Rusiyalı politoloq: “Azərbaycan ordusu Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazırdır”

20:1029 May, 2019
631
  • A
 “Kazan prinsiplərinə əsasən, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonu qaytarmalı idi”.
Bunu bu gün Milli Məclisdə “Azərbaycan Avropa məkanında” konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

S. Markov deyib ki, bunun müqabilində Azərbaycan blokadanı aradan qaldıracaqdı: “Dağlıq Qarabağa müvəqqəti statusu verilməli, oradan hərbçilər çıxarılmalı, ATƏT-in sülhməramlı qüvvələri təmas xəttində dayanmalı idi. Hazırda Kazan prinsipləri ətrafında danışıqlar gedir”.

S. Markov nəzərə çatdırıb ki, Ermənistan 1992-ci ildə hərbi cəhətdən Azərbaycandan güclü idi: “Amma ötən müddətdə Azərbaycan sürətlə inkişaf edib. Azərbaycanın iqtisadiyyatı və ordusu daha güclüdür, əhalisi 10 milyon nəfərə çatıb. Hazırda Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha artıqdır. Bu, Azərbaycan ordusunun Dağlıq Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olduğunu göstərir. Kazan prinsipləri və digər prinsiplər ətrafında münaqişə həll olunmasa, Azərbaycan ordusu müharibəyə hazırdır” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi