Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə İraqa qoşun yeritdi

2019-05/1559062661_tur.jpg

SİYASƏT

576

28.05.2019, 20:57

\"\" Türkiyə silahlı qüvvələri İraqın şimalında qərarlaşan kürd silahlı birləşmələrinə qarşı “Terrorla mübarizə əməliyyatı”na başlayıb. Hücum qurudan və havadan aparılır. Bununla bağlı “Reuters” məlumat yayıb.
Agentliyin xəbərinə görə, əməliyyat mayın 27-də axşam start götürüb. Ölkənin Müdafiə Nazirliyi hücumun məqsədinin terrorçuları zərərsizləşdirmək və onların sığınacaqlarını məhv etmək olduğunu bildirib.