Qaynar xətt:

(+99450) 247 90 86

Ramil Usubov polkovnikə vəzifə verdi

2019-05/1558971650_19-38-42-ramil-usubov-00-0-660x330.jpg

SİYASƏT

1066

27.05.2019, 19:40

\"\" Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org xəbər verir ki, Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Xəbəri Xətai rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.