Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13828
az

Politoloqdan erməni katolikosuna sərt sözlər: Türk əsgərinin belindən gəliblər

17:3827 May, 2019
713
SİYASƏT
  • A
 
Din adamının vicdanı olmalıdır. Erməni din xadimləri də vicdansız və özgə torpaqlarına göz dikən məxluqlardır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aramın Qarabağla bağlı qalmaqallı açıqlamasını şərh edərkən deyib.

Belə ki, Kilikiya katolikosu I Aram Livandakı kilsələrdən birində çıxış edərkən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırıb.

“Vicdan arqumentindən danışanda Livanda yaşayan erməni kilsəsinin keşişi başqa bir dövlətin suverenliyinə toxunacaq və ilhaqla, təcavüzlə bağlı olan hadisəni, görəsən, dini nöqteyi-nəzərdən necə yoza bilər?!

O zaman həmin erməniləri Türkiyəyə xəyanət etdiklərinə görə köçürüblər. Məzhəb etibarilə oradakı ermənilər Maronit, Ermənistandakılar isə Qriqoryan məzhəblərinə qulluq edirlər. Balaca bir xalqın iki məzhəbi var, fərqli ayinlərə və fərqli kilsələrə məxsusdur. Livandakı erməni Maronit kilsəsinin mövcudluğu onu göstərir ki, Dağlıq Qarabağdakı erməni Qriqoryan kilsəsi sözün həqiqi mənasında alban kilsələrindən mənimsəmədir.

Yəqin ki, bu vicdanını unutmuş keşiş bilmir ki, ermənilər bu torpaqları ələ keçirən zaman Xocalı, Qaradağlı, Baranis Ayrım soyqırımlarını törədib, 30 mindən çox azərbaycanlını qətlə yetirib, ərazilərimizin 20 faizini işğal ediblər, ölkəyə isə 350 milyard dollarlıq ziyan vurublar”, - Q.Hüseynli qeyd edib.

Onun sözlərinə görə, əgər din xadimi düşünürsə ki, hücum edib aldığı, körpə belə deməyib qırdığı insanların torpağına sahib çıxmaq mümkündür, deməli, o, din adamı deyil:

“O, daha çox siyasət və qeyri-vicdani işlərlə məşğul olsa, daha yaxşı olar. Bu, çox böyük həyasızlıqdır. Düşünürəm ki, Şeyxülislam Allahşükür Paşazadə ona cavab verməlidir.

Açıq siyasətdən başı çıxan adam kimi demək istəyirəm ki, Livan ermənilərinin nəinki Dağlıq Qarabağda, o cümlədən, bütün dünyadakı ermənilərə arxa çıxmaq üçün hər hansı bir mənəvi teli yoxdur. Onların danışdıqları dillər də bir-birindən tamamilə fərqlidir”.

Siyasi ekspert bildirib ki, Azərbaycan torpaqlarında yaşayan ermənilərin DNT analizinə baxsaq, onların ən azı 70-80 faizinin türklərdən törədiyini görərik:

“Bizim ərazimizdə olan bu ermənilər dünyanın dörd bir yanını gəzib gəlmiş qaraçılardır. Onların DNT analizi də göstərir ki, qanının 80 faizi türkdən törəmədir, türk əsgərinin belindən gəlmişlərdir, indi isə atalarına qarşı çıxırlar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Amerikalılar Rusiyaya raket zərbələri endirirlər" -Peskovdan KRİTİK AÇIQLAMA
Əsəd bu ölkəyə mesaj göndəribmiş: işarə edib ki... -YENİ DETALLAR
Makrona doğum günü "sürprizi": Fransa prezidentini çətin günlər gözləyir

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ