Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
17 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2081
02.07.2025, 17:32
Rusiya ilə Azərbaycan arasında müşahidə olunan gərginlik diplomatik kontekstdən kənara çıxır və geosiyasi çərçivədə aktuallaşır. Zəngəzur dəhlizi ətrafında baş verən proseslər bu gərginliyin arxa planında əsas strateji amil kimi diqqət çəkir.
İddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan — Kalininqrad modeli əsasında açılması barədə prinsipial razılıq əldə olunub. Məhz buna görə Rusiya müxtəlif təzyiq vasitələrinə əl ataraq, yeni geosiyasi düzəni önləməyə çalışır.
Yekaterinburqda azərbaycanlılara qarşı hücumun bu kontekstdə təsadüfi olmadığı və siyasi mesaj xarakteri daşıdığı iddia edilir.
Globalinfo.az-a danşan politoloq, Oqtay Qasımov bildirib ki, Rusiya Ukrayna müharibəsində vəziyyətini gücləndirdikdən sonra ilk təzyiq edəcəyi ölkənin Azərbaycan olacağı bəlli idi:
“Bu vəziyyətin bir neçə səbəbi var, lakin ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsidir. Rəsmi Bakı regionda yeni reallıq yaradıb. Rusiya başa düşür ki, Azərbaycan hazırda Cənubi Qafqazın əsas oyunçusuna çevrilib. Bundan əlavə, ölkəmizin müstəqil xarici siyasət yürüdərək müxtəlif beynəlxalq mərkəzlərlə geosiyasi sazişlər imzalaması Kreml üçün narahatlıq doğurur.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq memorandumu və Çinlə strateji tərəfdaşlıq memorandumu imzalaması Rusiyanı narahat edən məqamlardandır. Türkiyə ilə münasibətlərin dərinləşməsi, xüsusilə Şuşa Bəyannaməsinin imzalanması Kremlin diqqətini çəkir. Rusiyanın əvvəllər postsovet ölkələrinin müdafiə və təhlükəsizlik sistemlərinin qurulmasında əsas rol oynaması, bu ölkələri potensial silah bazarı kimi görməsi faktı artıq dəyişməkdədir. Azərbaycanın digər ölkələrdən silah alması və güclənməsi Kremlin narahatlığını artırıb”.
Politoloq qeyd edib ki, bundan başqa, Rusiyanın Ukrayna cəbhəsində ciddi çətinliklərlə üzləşməsi, Qarabağdakı sülhməramlılarını geri çəkməsi və Ermənistan-Azərbaycan sülh prosesindən kənarda qalması Moskvanı narahat edir:
“Xüsusilə, bu prosesdə ikitərəfli formatın Azərbaycandan gəldiyi şəksizdir. Rusiyanın əsas diqqəti Zəngəzur dəhlizinə yönəlib. Kremlin istəyi dəhlizin güc tətbiqi ilə açılması və üzərində nəzarətə malik olmasıdır. Lakin Azərbaycan illər əvvəl yaranan mürəkkəb vəziyyəti sülh prosesindən kənara çıxarıb və bu məsələ ikitərəfli danışıqlara həvalə olunub. Bu isə Rusiyanı narahat edir. Paşinyanın son Türkiyə səfərində dəhlizin açılması məsələsini müzakirə etməsi, eləcə də Ermənistan parlamentinin sədri Alen Simonyanın oxşar açıqlamaları göstərir ki, İrəvanda da bu mövzu müzakirə olunur və müəyyən şərtlər daxilində dəhlizin açılmasının tərəfdarları var.
Hesab edirəm ki, bütün bu iddialar reallığa çox yaxındır və həqiqət payı daşıyır”.
Politoloq Fərhad Məmmədov isə bildirib ki, rəsmi məlumatlara və verilən açıqlamalara istinad etsək, görərik ki, bu, iki fərqli prosesdir:
“Rusiya-Azərbaycan gərginliyi hər hansı üçüncü mövzu və ya üçüncü tərəfin iştirakı olmadan mənfi istiqamətdə inkişaf edir. Bunun əsas səbəbkarı Rusiyadır. Proses birbaşa iki ölkə arasındadır və inklüziv xarakter daşıyır.
Zəngəzur dəhlizi ilə bağlı iddialara isə Azərbaycan-Ermənistan, Ermənistan-Rusiya müstəvisində baxılmalıdır. Bakının istəyi maneəsiz keçiddir. Bunu Rusiya edəcək, ya başqa ölkə – bu artıq üç ölkənin məsələsidir. Ona görə də mövcud Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi bu məsələyə bağlamaq düzgün deyil”.
01:37 / 18 Avqust 2026
17
23:40 / 17 Avqust 2026
131
23:28 / 17 Avqust 2026
68
23:13 / 17 Avqust 2026
63
23:00 / 17 Avqust 2026
71
22:22 / 17 Avqust 2026
61
21:56 / 17 Avqust 2026
83
21:49 / 17 Avqust 2026
100
21:43 / 17 Avqust 2026
88
21:33 / 17 Avqust 2026
113
20:56 / 17 Avqust 2026
101
20:26 / 17 Avqust 2026
76
20:14 / 17 Avqust 2026
151
19:48 / 17 Avqust 2026
92
19:35 / 17 Avqust 2026
79
19:24 / 17 Avqust 2026
96
19:10 / 17 Avqust 2026
105
18:58 / 17 Avqust 2026
91
18:51 / 17 Avqust 2026
97
18:45 / 17 Avqust 2026
335
18:36 / 17 Avqust 2026
77
18:30 / 17 Avqust 2026
436
18:23 / 17 Avqust 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.