Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanlı qadın nazir təyin olundu

2018-05/1525362463_18_05_03_1525361625.jpg

SİYASƏT

2631

03.05.2018, 19:47

\"\" Tatarıstanın mədəniyyət naziri postuna əslən azərbaycanlı olan İradə Hafiz qızı Əyyubova təyin olunub.

Oxu24.com  xəbər verir ki, bu barədə Tatarıstanın prezidenti Rüstəm Minnixanov müvafiq sərəncam imzalayıb.
İradə Əyyubova 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Mexanika riyaziyyat fakültəsini bitirib, 2002-ci ildə isə Tatarıstanın Biznes İnstitutunda hüquqşünaslıq üzrə təhsil alıb. Ailəlidir, 1 qız övladı var. O, daha öncə müxtəlif vəzifələrdə çalışıb: 1994-1998 - \"Nizhnekamaskshina\" şirkətində proqramlaşdırma mütəxəssisi 2000-2004 - Kazan Sahibkarlıq Dəstək Komitəsinin sədr müavini 2004-2005 - Kazan Administrasiyasının kadrlar şöbəsinin rəisi 2005-2006 - Kazan Sahibkarlığa Dəstək Komitəsinin sədri 2006-2008 - Tatarıstan İqtisadiyyat Nazirliyinin idarəetmə şöbəsinin müdiri 2008-2011 - Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini 2011-2015 - Tatarıstan Respublikası mədəniyyət nazirinin birinci müavini 2015-2016 - Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Milli Arxiv İdarəsinin rəisi 2016-cı ilin may ayından - Tatarıstan Arxiv İşləri Komitəsinin sədri 2014-cü ildə Tatarıstan Respublikasının əməkdar iqtisadçısı fəxri adına layiq görülüb.