Qaynar xətt:

(+99450) 247 90 86

“Putin sülhə ciddi yanaşmır” 

“Putin sülhə ciddi yanaşmır” 

SİYASƏT

579

17.05.2025, 10:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ukrayna sülh istəyir, lakin Rusiya Prezidenti Vladimir Putin sülhə ciddi yanaşmır".

Oxu24.com  xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyinin" 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dünyanın yeni bir qeyri-sabitlik dövründə olduğuna diqqət çəkən Starmer köhnə müzakirələri davam etdirməkdənsə gələcəyə fokuslanmağı vacib hesab edib:

"Avropalı müttəfiqlərimizlə əlaqələrimizi əhəmiyyətli dərəcədə artırdıq. Bu əməkdaşlıq təhlükəsizliyi təmin etmək vədimizin mühüm nümayişidir.Milli.Az

Putinin heç bir şərt olmadan sülh üçün danışıqlar masasına oturması lazımdır. Biz ultimatum vermişik, bunu davam etdirməyə hazır olmalıyıq".