Qaynar xətt:

(+99450) 247 90 86

Rəqsanənin qızının yaydığı videoya - Nazirlikdən CAVAB

2018-05/1525336576_yetimlerin-evi_1525336244.jpg

SİYASƏT

1713

03.05.2018, 12:35

\"\" Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib.
Oxu24.com -un  xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. \"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb\", - deyə S. Əhmədova qeyd edib.