Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1337
az

TƏCİLİ! Ermənilər Ağdam istiqamətində hücuma keçib

11:2203 May, 2018
14155
SİYASƏT
  • A
 
 Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub.

Oxu24.com  Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində idarənin əməkdaşları təmir-bərpa işləri aparan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da, texnikaya ziyan dəyib.

İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib:

“Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb. Çətinliklə də olsa, texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Əməkdaşlarımızın çalışdığı ərazi ermənilər tərəfindən mütəmadi atəşə məruz qaldığından təmir-bərpa işləri gecə saatlarında həyata keçirilir”.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi
Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü