Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
835
12.04.2025, 14:47
Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır.
Cənubi Qafqazda regional əməkdaşlıq müzakirələri
Oxu24.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana cavabında deyib.
Konstitusiya iddiaları və qarşılıqlı mövqelər
Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını bildirib.
Azərbaycanın konstitusiyasında ərazi iddiaları yoxdur
Nazir Ceyhun Bayramov cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı.
Həmçinin oxuyun
Sülh müqaviləsi və konstitusiya dəyişikliyi zərurəti
Ceyhun Bayramov vurğulayıb ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq.
Sülh yolu ilə irəliləmək üçün şərt
Nazir bu baxımdan Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb.
Ceyhun Bayramov onu da əlavə edib ki, Konstitusiya dəyişikliyi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair analoji hallar da mövcuddur və bu məsələ Azərbaycanın mövqeyinin maksimalist olması kimi qiymətləndirilə bilməz.
“Burada qeyri-adi heç nə yoxdur və ya bu, Azərbaycanın mövqeyinin maksimalist olduğu anlamına gəlmir. Nazir Mirzoyanın Ermənistan tərəfininin Azərbaycan konstitusiyası ilə bağlı bənzər narahatlıqları ilə bağlı son arqumentinə gəlsək, hər şeydən əvvəl bu reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının hər hansı coğrafi ərazi adı qeyd edilməyib. Düşünürəm ki bizim erməni həmkarlarımız bunu çox yaxşı bilirlər, əksi olsaydı onlar əminliklə bu məsələni qaldırardılar. Çünki Ermənistanın, Azərbaycanın və Türkiyənin hüquqi sistemləri az-çox eynidir. Siz ölkənin Konstitusiyasına zidd olan beynəlxalq razılaşma imzalaya bilməzsiniz”, - Ceyhun Bayramov Mirzoyana cavabında bildirib.
20:58 / 14 Dekabr 2025
1
20:50 / 14 Dekabr 2025
21
20:16 / 14 Dekabr 2025
404
19:55 / 14 Dekabr 2025
58
19:50 / 14 Dekabr 2025
38
19:36 / 14 Dekabr 2025
42
19:27 / 14 Dekabr 2025
130
19:22 / 14 Dekabr 2025
67
18:57 / 14 Dekabr 2025
2196
17:55 / 14 Dekabr 2025
789
16:45 / 14 Dekabr 2025
1216
15:41 / 14 Dekabr 2025
947
15:09 / 14 Dekabr 2025
93
14:56 / 14 Dekabr 2025
194
14:08 / 14 Dekabr 2025
2216
13:58 / 14 Dekabr 2025
117
13:27 / 14 Dekabr 2025
131
13:18 / 14 Dekabr 2025
108
13:09 / 14 Dekabr 2025
149
12:54 / 14 Dekabr 2025
561
12:18 / 14 Dekabr 2025
1128
12:06 / 14 Dekabr 2025
2376
11:38 / 14 Dekabr 2025
117
11:30 / 14 Dekabr 2025
792
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.