Simonyan Azərbaycana gələcək
19 Noyabr 2026, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1855
04.04.2025, 11:33
Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddi müəyyən edilməyəcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişikliklər təklif edilir.
Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, ordu generalı ilə yanaşı müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.
Sənəddə bildirilib ki, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Qanun layihəsi həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Beləliklə, təklif olunan dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
12:07 / 19 Noyabr 2026
22
11:57 / 19 Noyabr 2026
34
11:45 / 19 Noyabr 2026
55
11:30 / 19 Noyabr 2026
80
11:15 / 19 Noyabr 2026
54
11:10 / 19 Noyabr 2026
63
11:05 / 19 Noyabr 2026
83
11:00 / 19 Noyabr 2026
94
11:00 / 19 Noyabr 2026
97
10:55 / 19 Noyabr 2026
84
10:47 / 19 Noyabr 2026
84
10:32 / 19 Noyabr 2026
350
10:21 / 19 Noyabr 2026
256
10:19 / 19 Noyabr 2026
327
10:11 / 19 Noyabr 2026
95
10:07 / 19 Noyabr 2026
101
09:58 / 19 Noyabr 2026
716
09:56 / 19 Noyabr 2026
109
09:48 / 19 Noyabr 2026
143
09:45 / 19 Noyabr 2026
107
09:41 / 19 Noyabr 2026
107
09:37 / 19 Noyabr 2026
113
09:30 / 19 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.