Lavrovdan SƏRT MESAJ: “Rusiya danışıqlara gəlməyəcək”
22 Avqust 2026, 21:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
482
31.03.2025, 18:25
Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu24.com xəbər verir ki bu barədə Milli.Az-a XİN-dən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "bayrağını" paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.
Bölgəyə səfər zamanı bu açıq siyasi təxribatın qəbuledilməz olduğu, Almaniya tərəfinin bu paylaşıma görə ictimai şəkildə üzrxahlıq etməsinin zəruriliyi diqqətə çatdırılıb.
Almaniya Prezidentinin bu paylaşımının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəkləndiyi barədə bəyanatlara və davam edən sülh prosesinə zidd olduğu vurğulanıb.
Bununla yanaşı, Qarabağ bölgəsinin erməni sakinləri barədə fikirlər ifadə olunarkən, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən və Ermənistandan zorla qovulmuş 1 milyondan artıq azərbaycanlının hüquqlarına məhəl qoyulmamasının Azərbaycana qarşı qərəzli münasibətin daha bir göstəricisi olduğu qeyd edilib.
Azərbaycanın 30 ilə yaxın müddətdə davam etmiş münaqişəni hərbi-siyasi yolla həll etdiyi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyi, münaqişənin keçmişdə qaldığı Almaniya tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanda "Dağlıq-Qarabağ" adlı inzibati ərazi vahidi olmadığı xatırlanıb. Ərazilərimizə istinad edərkən mövcud olmayan, siyasi qərəzli və saxta adlardan istifadə etməkdən çəkinməyin zəruri olduğu bildirilib.
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.