Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
24 Avqust 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
508
07.03.2025, 16:41
Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlaması Ankaranın ABŞ-la bağlı gözləntilərindən xəbər verir.
Belə ki, o, ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmasını gözlədiklərini deyib.
“Biz İŞİD-ə qarşı mübarizə üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya alternativ olaraq regional dövlətlərlə bunu yaradacağıq. ABŞ, Fransa və İngiltərənin bir terror təşkilatını digərinə qarşı dəstəkləməsi səhv idi. Türkiyə əsgərləri Suriyanın şimalında PKK/YPG-nin İŞİD üzvlərini saxladığı düşərgə və həbsxanalara nəzarəti ələ keçirə bilər”, – deyə o bildirib.
Həqiqətən də Ankara Vaşinqtonun Suriyanı, xüsusilə də ölkənin YPG qruplaşmalarının nəzarətində olan şimal-şərq hissəsini tərk etməsini gözləyir. Hələlik qarşı tərəfdən reaksiya gəlməyib.
Donald Tramp birinci prezidentlik dövründə ABŞ qoşunlarının Suriyanı tərk etməsi qərarını vermişdi. Özü ilə yanaşı, Co Bayden hakimiyyəti zamanı bu proses böyük ölçüdə aparılırdı. Lakin daha sonra 400 nəfərlik qarnizonun qalması qərara alındı. Beləcə ABŞ tam olaraq Suriyanı tərk etmədi.
Vaşinqton əsasən YPG, dolayı yolla isə Suriyadakı neft yataqlarına nəzarəti itirməmək üçün bu addımı atdı. Həmçinin İran və Rusiyanın da bu ölkədəki nüfuzunu artırması riskini qərarda təsiredici faktor saymaq olar.
Suriyada Bəşər Əsəd rejimi devrilsə də, mərkəzi hakimiyyət tam qurulmayıb. Hətta vaxtaşırı Əsəd qüvvələri ilə mövcud hakimiyyət qüvvələri arasında toqquşmalar, lokal döyüşlər də baş verir. Türkiyəni isə əsasən YPG məsələsi narahat edir.
Əvvəl də dediyim kimi, YPG-nin dövlətləşməsi ABŞ tərəfindən tamamlanıb. Qruplaşmanın özünə aid ordusu və nəzarət etdiyi geniş ərazi var. Hətta Əsəd rejiminin devrilməsindən sonra yeni hakimiyyətlə danışıqlara da cəhd etdilər. Lakin Türkiyə İraqdan sonra Suriyada kürd muxtariyyətinin yaradılmasını istəmir. ABŞ və İsrail isə bu məsələdə fərqli düşünür.
Tramp-Ərdoğan münasibətləri müsbət olsa da, Suriya məsələsində liderlərin fikirləri ayrıdır. Yəni ABŞ YPG muxtariyyət əldə etmədən çətin ki, Suriyadan tam çıxsın. Bunu İsrail də istəmir. Çünki Təl-Əviv də son zamanlar Suriyanın cənubunda hərbi əməliyyatlar keçirir. Eyni zamanda ələvilər və durzilərə dəstəyi də məlumdur.
Nəticə etibarilə tezliklə ABŞ qoşunlarının Suriyadan çıxarılması mümkün görünmür. Bu məsələ də gələcəkdə Vaşinqtonla Ankara arasında gərginliyə səbəb ola bilər.
Müəllif: Politoloq Turan Rzayev
15:35 / 24 Avqust 2026
5
15:15 / 24 Avqust 2026
31
15:14 / 24 Avqust 2026
40
15:13 / 24 Avqust 2026
198
15:03 / 24 Avqust 2026
41
14:55 / 24 Avqust 2026
43
14:49 / 24 Avqust 2026
57
14:37 / 24 Avqust 2026
53
14:30 / 24 Avqust 2026
148
14:05 / 24 Avqust 2026
134
14:00 / 24 Avqust 2026
77
13:59 / 24 Avqust 2026
69
13:56 / 24 Avqust 2026
71
13:52 / 24 Avqust 2026
61
13:47 / 24 Avqust 2026
70
13:36 / 24 Avqust 2026
96
13:23 / 24 Avqust 2026
608
13:23 / 24 Avqust 2026
72
13:21 / 24 Avqust 2026
86
12:58 / 24 Avqust 2026
72
12:44 / 24 Avqust 2026
76
12:38 / 24 Avqust 2026
123
12:37 / 24 Avqust 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.