Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
189
31.01.2025, 13:11
“Gürcüstan parlament nümayəndə heyətinin AŞPA-dan çıxmaq qərarı ədalətsiz münasibətə və ikili standartlara qarşı düzgün qərardır”.
Oxu24.com xəbər verir ki, bunu “Report”a gürcü ekspert Vado Şakarişvili deyib.
Onun sözlərinə görə, AŞPA və ya başqa bir təşkilat nümayəndəliyi üçün yeni seçkilər tələb edirsə, bu, təhqirdir və qəbuledilməzdir:
“Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Lakin AŞPA-nın Gürcüstan ilə bağlı verdiyi qərar çox ədalətsizdir”.
Həmçinin oxuyun
Ekspert bildirib ki, hər kəs Gürcüstan xalqının iradəsini və Gürcüstanın demokratik hökuməti üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır.
V.Şakarişvili qeyd edib ki, əgər gələcəkdə Gürcüstana qarşı ədalətsiz münasibət uzun müddət davam etməzsə, Avropa Şurasının Parlament Assambleyasına qayıtmaq məsələsi müzakirə oluna bilər:
“Əsas siyasi mesaj budur ki, Gürcüstan öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə yox deyir”.
“Məlumdur ki, avrobürokratiya “dərin dövlət”in nəzarəti altındadır və Trampın yeni administrasiyasına baxmayaraq, hələ də Bayden administrasiyasının siyasətini həyata keçirir. Bu da uzun sürməyəcək və tezliklə hər şey öz axarına dönəcək”, - ekspert əlavə edib.
22:45 / 13 Dekabr 2025
71
22:30 / 13 Dekabr 2025
47
22:28 / 13 Dekabr 2025
56
22:22 / 13 Dekabr 2025
51
22:11 / 13 Dekabr 2025
113
21:58 / 13 Dekabr 2025
267
21:34 / 13 Dekabr 2025
746
21:21 / 13 Dekabr 2025
63
21:19 / 13 Dekabr 2025
79
21:15 / 13 Dekabr 2025
60
21:02 / 13 Dekabr 2025
56
20:49 / 13 Dekabr 2025
303
20:44 / 13 Dekabr 2025
70
20:36 / 13 Dekabr 2025
65
20:26 / 13 Dekabr 2025
68
20:01 / 13 Dekabr 2025
256
19:53 / 13 Dekabr 2025
83
19:21 / 13 Dekabr 2025
373
19:16 / 13 Dekabr 2025
111
18:32 / 13 Dekabr 2025
1000
18:12 / 13 Dekabr 2025
167
18:02 / 13 Dekabr 2025
115
17:43 / 13 Dekabr 2025
2046
17:09 / 13 Dekabr 2025
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.