Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125841
az

Bir zənglə Ukraynadakı münaqişəni bitirə bilər -Bu fövqəl insan kimdir?

08:3518 Dekabr, 2024
51
SİYASƏT
  • A

"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə bir zəng etsə, Ukraynadakı münaqişəyə son qoya bilər".

OXU24.COM xəbər verir ki, bunu Nyu Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks jurnalist Taker Karlsona müsahibəsində bildirib .

Onun sözlərinə görə, Ukrayna münaqişəsini başa çatdırmaq üçün Tramp sadəcə telefonu götürməli, Putinə zəng etməli və 30 il ərzində NATO-nun Şərqə genişləndirilməsi cəhdlərinin hazırda Ukraynada baş verənlərə səbəb olan "yolverilməz və lazımsız təxribat" olduğunu söyləməlidir.

Saks düşünür ki, Tramp bunu etiraf edərsə, döyüşlər eyni anda bitəcək.

O qeyd edib ki, bu söhbətdən sonra tərəflər yalnız sülh sazişinin təfərrüatlarını razılaşdırmalıdırlar. Professorun sözlərinə görə, Ukraynadakı münaqişəni həll etmək üçün təkcə atəşkəsə nail olmaq yox, onun kök səbəbini həll etmək lazımdır.

Politoloq əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukrayna münaqişəsindən yayına bilərdi, lakin “axmaqlığı” səbəbindən bunu edə bilməyib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı