Zelenski: Putin Trampı məyus etmək istəmir
07 Sentyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
321
10.09.2024, 14:14
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə bu cür görüşlərin zəruriliyini qeyd ediblər.
Müdafiə nazirləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə bildiriblər.
İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.




00:20 / 08 Sentyabr 2026
100
00:18 / 08 Sentyabr 2026
1096
00:08 / 08 Sentyabr 2026
186
23:59 / 07 Sentyabr 2026
78
23:36 / 07 Sentyabr 2026
203
23:26 / 07 Sentyabr 2026
69
23:22 / 07 Sentyabr 2026
2449
23:16 / 07 Sentyabr 2026
87
23:14 / 07 Sentyabr 2026
354
23:09 / 07 Sentyabr 2026
60
22:44 / 07 Sentyabr 2026
102
22:09 / 07 Sentyabr 2026
121
21:59 / 07 Sentyabr 2026
96
21:45 / 07 Sentyabr 2026
76
21:30 / 07 Sentyabr 2026
66
21:23 / 07 Sentyabr 2026
123
21:03 / 07 Sentyabr 2026
72
20:58 / 07 Sentyabr 2026
76
20:54 / 07 Sentyabr 2026
71
19:54 / 07 Sentyabr 2026
97
19:50 / 07 Sentyabr 2026
1186
19:48 / 07 Sentyabr 2026
164
19:45 / 07 Sentyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.