Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
11 Sentyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
383
29.05.2024, 12:20
Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Parlamentdən bildirilib ki, Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.
Söhbətlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilatın institusional inkişafı, Hərəkata üzv ölkələr arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsi, təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması istiqamətində gördüyü işlər təqdir olunub. Ölkəmizin sədrliyi dövründə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilməsindən məmnunluq bildirilib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə də məlumat verərək, Şəbəkənin Hərəkata üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.
Görüşlər zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub. Sbu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və etimadını əks etdirir.
O, COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə Parlament konfransı keçirəcəyini, bu tədbirin parlamentarilərə geniş fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları ata biləcəklərini müəyyən etmək imkanı yaradacağını vurğulayıb.
Görüşlərdə COP29 çərçivəsində keçirilən tədbirlərdə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli ilə bağlı məsələlərin də diqqətdə saxlanılacağı qeyd edilib.
Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalveslə görüşdə ölkəmizin bu dövlətlə beynəlxalq əməkdaşlığının səviyyəsindən, bu ölkənin BMT Təhlükəsizlik Şurasında Azərbaycana verdiyi dəstəkdən məmnunluq ifadə edilib.
Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott Azərbaycanın "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransda iştirakını və Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini yüksək qiymətləndirib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendlə görüşündə isə Azərbaycanın Birlik üzvləri ilə münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Millətlər Birliyinə üzv olan ölkələrin əksəriyyətinin Qoşulmama Hərəkatına da üzv olduqları vurğulanaraq, Azərbaycanın sədrliyinin kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olunub.
Görüşlərdə parlamentlərarası əməkdaşlıq məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.
15:05 / 11 Sentyabr 2026
14
15:05 / 11 Sentyabr 2026
12
15:00 / 11 Sentyabr 2026
17
14:45 / 11 Sentyabr 2026
31
14:34 / 11 Sentyabr 2026
152
14:30 / 11 Sentyabr 2026
53
14:15 / 11 Sentyabr 2026
59
14:11 / 11 Sentyabr 2026
55
14:06 / 11 Sentyabr 2026
54
13:53 / 11 Sentyabr 2026
80
13:49 / 11 Sentyabr 2026
135
13:42 / 11 Sentyabr 2026
730
13:28 / 11 Sentyabr 2026
97
13:05 / 11 Sentyabr 2026
79
12:57 / 11 Sentyabr 2026
94
12:52 / 11 Sentyabr 2026
1372
12:48 / 11 Sentyabr 2026
187
12:45 / 11 Sentyabr 2026
112
12:31 / 11 Sentyabr 2026
106
12:24 / 11 Sentyabr 2026
243
12:21 / 11 Sentyabr 2026
71
12:14 / 11 Sentyabr 2026
78
12:06 / 11 Sentyabr 2026
333
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.