Azərbaycan niyə Fələstin-İsrail münaqişəsində vasitəçi olmaq istəmir? – Siyasi şərhçidən AÇIQLAMA
18 Noyabr 2026, 17:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
405
15.05.2024, 14:27
Ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb.
Oxu24.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Azərbaycan və Rusiya dövlət başçılarının əldə etdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib:
"2020-ci ildə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq, başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün müddətində uğurla başa çatmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı qüvvələri kontingenti fəaliyyətə başlamışdı.
2023-cü ilin sentyabrına qədər bu fəaliyyət davam etdirilirdi. 2023-cü ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın da fəaliyyətinə ehtiyac qalmadı.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları tərəfindən əldə olunan razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsinə qərar verilmişdi. Qərar veriləndən dərhal sonra müdafiə nazirinin müvafiq göstərişinə uyğun olaraq kontingentin silah və texnikasının, şəxsi heyətinin, ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri, texniki ve logistik dəstək göstərilmişdi".
17:25 / 18 Noyabr 2026
14
17:20 / 18 Noyabr 2026
22
17:20 / 18 Noyabr 2026
26
17:11 / 18 Noyabr 2026
131
17:05 / 18 Noyabr 2026
70
16:52 / 18 Noyabr 2026
153
16:45 / 18 Noyabr 2026
77
16:43 / 18 Noyabr 2026
84
16:41 / 18 Noyabr 2026
82
16:26 / 18 Noyabr 2026
134
16:21 / 18 Noyabr 2026
344
16:05 / 18 Noyabr 2026
102
16:00 / 18 Noyabr 2026
117
15:35 / 18 Noyabr 2026
104
15:32 / 18 Noyabr 2026
117
15:28 / 18 Noyabr 2026
105
15:22 / 18 Noyabr 2026
355
15:16 / 18 Noyabr 2026
118
15:12 / 18 Noyabr 2026
104
15:09 / 18 Noyabr 2026
126
15:05 / 18 Noyabr 2026
429
15:02 / 18 Noyabr 2026
112
14:58 / 18 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.