XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
06 İyul 2025, 21:25
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
217
11.05.2024, 15:10
Ali Baş Komandanın iradəsi, Ordumuzun rəşadəti, əsgər və zabitlərimizin canı və qanı bahasına işğaldan azad etdiyimiz yaşayış mənqətələrimizin ürək ağrıdan görüntüsü erməni ultramillətçiliyinin və aqressiv separatizminin, qondarma iddialara, miflərə söykənən revanşçı düşüncənin nə qədər təhlükəli olduğunu nümayiş etdirir.
OXU24.COM xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, irqçi Erməni Qriqoryan kilsəsinin və onun himayəsi ilə yaradılan millətçi təşkilatların, terror qruplarının təkcə Cənubi Qafqazda deyil, daha geniş bir coğrafiyada törətdikləri amansız qətliamlar və 1998-ci ildən başlayaraq, xalqımızın qarşılaşdığı məhrumiyyətlər, qənaətimə görə nəticə çıxarmaq üçün yetərlidir.
"Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində Azərbaycan Prezidenti dəfələrlə Ermənistanı və himayəçilərini xəbərdar etmişdi ki, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına, yaxud yurd yerlərimizin ilhaqına heç bir halda imkan verilməyəcək. Bu xəbərdarlığın nəticəsi, indi göz önündədir və bütün baş verənlərdən ilk növbədə Ermənistan və himayəçiləri nəticə çıxarmalıdır. Bu baxımdan, Azərbaycan heç bir zaman Ermənistanda revanşçı meyllərin ölkəmiz və xalqımız üçün təhlükəli həddə çatmasına, bu ölkənin militarist, təcavüzkar siyasətinə qayıdışına imkan verməyəcək. Əgər Ermənistana ölümcül silahların verilməsi müşahidə olunarsa, yenidən təcavüz üçün silahlanma meylləri nəzərə çarparsa, o zaman Azərbaycan bu potensialın qəsbkarlıq məqsədilə hərəkətə gətirilməsini gözləməyəcək. İlk növbədə Azərbaycan Konstitusiyası və dugər hüquqi-normativ aktları, ölkəmizin hərbi doktrinası, beynəlxalq hüququn norma və prinsipləri də buna imkan verir", - o deyib.
E. Mirzəbəyli bildirib ki, beynəlxalq hüquq doktrinasında özünümüdafiə institutunun yeni forması, yəni "önləyici özünümüdafiə" son 30 il ərzində dəfələrlə, o cümlədən Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən tətbiq olunub.
Həmçinin oxuyun
"BMT Nizamnaməsi sülhə, sülhün pozulmasına və ya təcavüz aktına cavab olaraq önləyici və ya məcburedici tədbirlərin tətbiq oluna biləcəyini müəyyən edir.
Bu baxımdan, Ermənistan ərazisindən Azərbaycana qarşı yönələn istənilən təhlükəyə görə, hətta bu təhlükə dövlətin birbaşa iştirakı və təhriki ilə həyata keçirilməsə də belə, rəsmi İrəvan məsuliyyət daşıyacaq. Beynəlxalq təcrübəyə müraciət edək:
Beynəlxalq Ədalət Məhkəməsinin "Nikaraqua ABŞ-a qarşı" işi üzrə qərarında qeyd olunur ki, silahlı hücum təkcə nizami ordunun hərəkətlərini əhatə etmir. Yəni, başqa dövlətin ərazisində fəaliyyət göstərən, onun göndərdiyi muzdluların və terrorçuların silahlı dəstələri vasitəsilə əhali arasında xeyli insan tələfatı ilə nəticələnən terror aktları törədən, yaxud törətməyə hazırlaşan dövlət beynəlxalq hüquq normaları çərçivəsində təcavüz aktı törətmiş hesab olunur. Müvafiq olaraq, təsirə məruz qalan dövlət BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir və düşmənin qəfil hücuma məruz qalmamaq üçün təcavüz aktının həyata keçiriləcəyi ölkəyə qarşı qabaqlayıcı tədbirlər həyata keçirə bilər.
Məhz bu baxımdan, Prezident İlham Əliyevin Ermənistanı silahlandırmaqla revanşçı meyllərin güclənməsinə, təcavüzə zəmin yaratmağa çalışan tərəflərə xəbardarlığı Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bu o deməkdir ki, Azərbaycan Respublikası öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün istənilən təhlükəyə qarşı hərəkətə keçəcək və qabaqlayıcı tədbirlər görəcək", - deyə siyasi şərhçi qeyd edib.
21:25 / 06 İyul 2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
1
20:20 / 06 İyul 2025
Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir - möcüzəvi FAYDALARI - FOTO
10
20:09 / 06 İyul 2025
Şir zooparkdan qaçdı, kişini yaraladı - FOTO
10
19:58 / 06 İyul 2025
Bred Pitt Ancelina Coli ilə boşanmasında təqsirini etiraf etdi
12
19:44 / 06 İyul 2025
Çimərliklərdə hava belə olacaq
9
19:31 / 06 İyul 2025
Türkiyə ordusunun 5 əsgəri şəhid oldu
12
19:19 / 06 İyul 2025
Azərbaycanlı şahmatçı Almaniyada qələbə qazandı - Fotolar + Video
4
19:09 / 06 İyul 2025
Zelenskidən Rusiyaya qarşı yeni - Sanksiyalar
6
18:54 / 06 İyul 2025
Bəy gəlini görüb özünü İTİRDİ - VİDEO
9
18:44 / 06 İyul 2025
Bu ölkə rusiyalılara pasport verilməsini dayandırdı
34
18:29 / 06 İyul 2025
Rusiya NATO-ya hücum edəcək: Kremlin növbəti qurbanı
36
18:16 / 06 İyul 2025
Kadırovun müraciəti yayıldı: “Mənim xəstəliyim...”
113
18:00 / 06 İyul 2025
Dünya rekordu qırdı
32
16:10 / 06 İyul 2025
Xaricdən məhsul gətirənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir
41
15:49 / 06 İyul 2025
Onlar da imtahan verdilər
39
15:39 / 06 İyul 2025
Rusiya vətəndaşları bu pasportları dəyişməlidirlər - göstəriş verildi
39
15:29 / 06 İyul 2025
Məmmədmirzə Ağayev vəfat etdi
52
15:18 / 06 İyul 2025
Bu tarixə dolu və leysan gözlənilir
260
15:09 / 06 İyul 2025
Şəhid atası qəzada öldü
55
14:59 / 06 İyul 2025
Bakıda qızlar saçyolduya çıxdı: bir-birini yerdə SÜRÜDÜLƏR - VİDEO
248
14:37 / 06 İyul 2025
Bakıda külək ağacı avtobusun üzərinə aşırdı - Video
262
14:05 / 06 İyul 2025
Tramp yatmazdan əvvəl arvadını belə çağırır
65
12:59 / 06 İyul 2025
Sabah saat 10:00-dan QAZ OLMAYACAQ
87
12:46 / 06 İyul 2025
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ
129
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.