Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyanın arvadı və qızı Belçikada 100 min dollarlıq... - Şok iddia

2019-03/1551801454_735847.jpg

SİYASƏT

870

05.03.2019, 19:57

\"\" Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan Belçikaya səfəri çərçivəsində külli miqdarda pul xərcləməsi barədə erməni KİV-də yayılmış iddiaya cavab verib.
Oxu24.com-a istinadən xəbər verir ki, o bu xəbərə görə erməni jurnalistləri kəskin formada tənqid edib. Anna Akopyan yayılmış məlumatlara belə aydınlıq gətirib: \"Qızım Mariamla Brüsselin küçələrində gəzərkən Belçikaya gələn bir qrup jurnalistlə rastlaşdıq. Heç biri bizdən Belçikaya necə gəldiyimizi və nəyin hesabına yemək yediyimizi soruşmadı. Bu gün isə İrəvanda iki sayt haqqımızda şayiə yayır ki, Belçikada dövlətin pullarını xərcləyirik. Mən və Mariamın Belçikada xərclədiyimiz pulların 100 min dolları keçəcəyini iddia edirlər. Amma bu, əhəmiyyətli deyil\". Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində iştirak etmək üçün Belçikaya gedib. Erməni mediasında Anna Akopyanın Brüsseldəki ticarət mərkəzləri və bahalı restoranlarda külli miqdarda pul xərcləməsi haqda məlumat yayılıb.