Milli Məclisdə mühüm qanun:3 ay sonra qüvvəyə minəcək
18 Sentyabr 2026, 11:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
395
04.04.2024, 13:08
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Gündəliyimiz kifayət qədər genişdir. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikirləri üst-üstə düşür: "Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm".
"Bu gün, eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı vardır. Sizin rəsmi səfərinizdən öncə Konqodan və Azərbaycandan nümayəndə heyətlərinin qarşılıqlı surətdə səfərləri təşkil edilmişdir. Bu, səfərə hazırlıq məqsədi daşıyan addımlar idi. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək", - Prezident qeyd edib.
Miri
12:01 / 18 Sentyabr 2026
13
12:00 / 18 Sentyabr 2026
21
11:52 / 18 Sentyabr 2026
76
11:41 / 18 Sentyabr 2026
45
11:40 / 18 Sentyabr 2026
43
11:35 / 18 Sentyabr 2026
46
11:31 / 18 Sentyabr 2026
86
11:30 / 18 Sentyabr 2026
105
11:30 / 18 Sentyabr 2026
48
11:27 / 18 Sentyabr 2026
56
11:23 / 18 Sentyabr 2026
190
11:17 / 18 Sentyabr 2026
56
11:05 / 18 Sentyabr 2026
61
11:00 / 18 Sentyabr 2026
80
10:57 / 18 Sentyabr 2026
69
10:50 / 18 Sentyabr 2026
163
10:49 / 18 Sentyabr 2026
53
10:47 / 18 Sentyabr 2026
53
10:24 / 18 Sentyabr 2026
817
10:22 / 18 Sentyabr 2026
58
10:19 / 18 Sentyabr 2026
300
10:17 / 18 Sentyabr 2026
86
10:05 / 18 Sentyabr 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.