Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Blinken

ABŞ Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir - Blinken

SİYASƏT

352

03.04.2024, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
 
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
 
Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub.
 
Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.
 
O, həmçinin, COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.