Pərvanə Vəliyeva: “20 Sentyabr Azərbaycanın yeni tarixidir”
18 Sentyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
481
03.04.2024, 18:35
Fransanın təxribatları bitmək bilmir. Ermənilərə canı yanan Fransa onlara dəstək görüntüsü yaratmağa davam edir. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Fransa bununla həm ermənilərin rəğbətini qazanır, həm Bakıya təzyiq edir, həm də Cənubi Qafqazda sabitliyi pozmağa can ataraq Rusiyanın regiondakı mövqeyini zəiflətməyə çalışır.
Məlum olduğu kimi, ötən gün Parisdə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnen ilə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirilib. Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirən iki ölkənin nümayəndələrinin görüşündə Fransa yenə də təxribata əl atıb.

Erməniləri sürətlə silahlandıran Fransa Cənubi Qafqazda sabitliyi pozmaq üçün əlindən gələni edir. Ötən gün keçirilən mətbuat konfransı bunun bariz nümunəsidir. Aydın məsələdir ki, Fransa Ermənistanla Azərbaycan arasında sülhü sadəcə dildə istəyir. Onların əsl məqsədləri bölgədə gərginliyin uzunmüddətli olmasıdır.
Sözügedən konfransa Rəsmi Bakı reaksiya verərək bildirib ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir: "Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir.

Mühüm konfransların, qlobal müzakirələrin mərkəzinə çevrilən Bakı bir sıra ölkələri, xüsusən də Fransanı aşkar şəkildə narahat edir. Bu narahatlıq özünü sözügedən təxribatda xüsusi diqqət çəkir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin dediyi kimi, Fransa Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə ölkənin imicinə xələl gətirmək məqsədi güdür.
Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmaqdansa Azərbaycanla "məşğul olması" təəssüf doğurur. Yaxşı olardı ki, Fransa öz ölkə daxili məsələləri ilə məşğul olsun. Əks halda, bu Fransanın imicini də ləkədir.
15:17 / 18 Sentyabr 2026
6
15:11 / 18 Sentyabr 2026
17
15:03 / 18 Sentyabr 2026
25
14:59 / 18 Sentyabr 2026
86
14:54 / 18 Sentyabr 2026
32
14:35 / 18 Sentyabr 2026
71
14:25 / 18 Sentyabr 2026
187
14:14 / 18 Sentyabr 2026
58
14:11 / 18 Sentyabr 2026
64
14:10 / 18 Sentyabr 2026
54
14:03 / 18 Sentyabr 2026
77
13:55 / 18 Sentyabr 2026
64
13:55 / 18 Sentyabr 2026
65
13:48 / 18 Sentyabr 2026
73
13:38 / 18 Sentyabr 2026
130
13:34 / 18 Sentyabr 2026
483
13:26 / 18 Sentyabr 2026
133
13:22 / 18 Sentyabr 2026
67
13:19 / 18 Sentyabr 2026
64
13:05 / 18 Sentyabr 2026
82
13:00 / 18 Sentyabr 2026
64
12:45 / 18 Sentyabr 2026
85
12:39 / 18 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.