Pərvanə Vəliyeva: “20 Sentyabr Azərbaycanın yeni tarixidir”
18 Sentyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
365
03.04.2024, 13:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib.
OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Sankt-Peterburq şəhəri ilə əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulandı.
Söhbət zamanı Prezident İlham Əliyev ilə Aleksandr Beqlov arasında bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı, Sankt-Peterburq şəhərinin qubernatorunun ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olundu və bu səfərin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirildi.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Sankt-Peterburqda geniş tədbirlərin keçirildiyi xatırlandı. Bir sıra görkəmli azərbaycanlıların Sankt-Peterburq şəhərinin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edildi.
Görüşdə ticarət, iqtisadi, investisiya imkanlarının genişləndirilməsi, humanitar, mədəniyyət, təhsil sahələrində müvafiq qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirildi. Artıq 20 ildir ki, fəaliyyət göstərən Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində növbəti 4 il üçün Yol Xəritəsinin imzalanması məmnunluqla vurğulandı.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
16:00 / 18 Sentyabr 2026
1
16:00 / 18 Sentyabr 2026
9
15:50 / 18 Sentyabr 2026
27
15:39 / 18 Sentyabr 2026
55
15:24 / 18 Sentyabr 2026
160
15:17 / 18 Sentyabr 2026
46
15:11 / 18 Sentyabr 2026
233
15:03 / 18 Sentyabr 2026
53
14:59 / 18 Sentyabr 2026
107
14:54 / 18 Sentyabr 2026
49
14:35 / 18 Sentyabr 2026
84
14:25 / 18 Sentyabr 2026
226
14:14 / 18 Sentyabr 2026
63
14:11 / 18 Sentyabr 2026
64
14:10 / 18 Sentyabr 2026
57
14:03 / 18 Sentyabr 2026
80
13:55 / 18 Sentyabr 2026
72
13:55 / 18 Sentyabr 2026
68
13:48 / 18 Sentyabr 2026
74
13:38 / 18 Sentyabr 2026
145
13:34 / 18 Sentyabr 2026
569
13:26 / 18 Sentyabr 2026
145
13:22 / 18 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.