Azərbaycan-Türkiyə hərbi-strateji koordinasiyası bölgədə sabitliyi necə şərtləndirir? – Politoloqdan TƏHLİL
18 Sentyabr 2026, 16:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
418
02.04.2024, 16:44
Almaniya, Fransa, Polşa, Belçika, Niderland və Macarıstanın bəzi siyasətçilərinə Rusiya tərəfindən maliyyə ayrıldığı iddia olunur. Bu iddia ilə Çexiyanın nüfuzlu nəşrlərindən olan "Denik N" çıxış edib. Məqalədə qeyd olunur ki, Putinin "yaxın dostu" olan Viktor Medvedçuk pul axınını "Voice of Europe" vasitəsi ilə həyata keçirib.
Viktor Medvedçuk kimdir?
Rusiyayönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk 2021-ci ildə vətənə xəyanət, terrorçulara dəstək və digər qanunsuz fəaliyyətlərdə ittiham edilib. Ev dustaqlığında olan Medvedçuk Rusiya-Ukrayna arasında münasibətlərin gərginləşməsindən istifadə edərək qaçıb. O, 2022-ci ilin sentyabr ayında Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Medvedçuk ruslar tərəfindən əsir götürülən 200 ukraynalı əsgərlə dəyişdirilib. Qeyd edək ki, o, Ukraynanın suverenliyinə xələl gətirdiyinə görə 2014-cü ildən ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər siyahısındadır.

AfD-nin Rusiyanın təsir sxemində şübhəli rolu
Almaniya üçün Alternativ (AfD) partiyasının siyasətçiləri Maksimilian Krax və Petr Bystronun, eləcə də diplomat Frank Şvabenin bu qalmaqalda adı hallanır. İddia olunur ki, "Voice of Europe" qəzetində dərc olunan reportajlarda Rusiyanın siyasətini təbliğ etmək üçün Medvedçuk tərəfindən onlara külli miqdarda pul ayrılıb.
Yuxarıda adları çəkilən AfD siyasətçilərinin Medvedçukla sıx əlaqələrinin olduğu deyilir. Medvedçukun ev dustağı olduğu vaxtlarda bu iki şəxsin onu ziyarət etməsi iddiaları gücləndirir.
İddialarla bağlı açıqlama verən Krah deyilənləri təkzib edib. O, bildirib ki, hər hansı yanlış bir iş görməyib və sadəcə sayta iki ödənişsiz intervyu verib. Bystron isə ümumiyyətlə iddialara reaksiya verməyib.

"Voice of Europe" təbliğat maşını kimi
Çex nəşrinin məlumatında bildirilir ki, Rusiyanın təbliğat maşını olan "Voice of Europe" bəzi siyasətçilərə qanunsuz pul köçürülməsi üçün istifadə olunur.
İddialara görə, Praqada keçirilən görüşlər zamanı yüz minlərlə avro nağd pul şəklində və ya kriptovalyuta kanalları vasitəsilə köçürülüb.
Ukraynada rusiyayönlü telekanalın keçmiş prodüseri Artem Marçevski "Avropanın Səsi"nin bu kimi fəaliyyətinə birbaşa nəzarət etməkdə ittiham olunur.
Sözügedən iddialarla əlaqədar olaraq ötən həftə həm Marçevski, həm də Medvedçuk Çexiyanın sanksiya tətbiq etdiyi şəxslər sırasına daxil edilib.
"Le Monde"nin yazdığı məlumatda qeyd olunur ki, Çexiyanın baş naziri Petr Fiala mart ayının 27-də sayta, Medvedçuk və 2022-ci ildən orada yaşayan Marçevskiyə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.
Qeyd edək ki, "Avropanın Səsi"nin internet saytı oflayn olub, lakin onun sosial media hesabları rebrendinq edilmiş formada "Telegram"da aktiv olaraq qalır, iddialar ortaya çıxandan sonra hər hansı yeni paylaşım edilməyib.

Almaniyada qalmaqal
İddialar Almaniyada qalmaqal doğurub, məsələnin yüksək səviyyədə araşdırılaraq qanunsuzluğu törədən şəxslərin lazımi şəkildə cəzalandırılması tələb olunub.
Almaniyanın Sosial Demokratlar Partiyasının üzvü Sebastian Hartman məsələyə münasibət bildirərək deyib ki, Rusiya müəyyən şəxslər vasitəsi ilə Qərblə "hibrid savaş" aparır. Spiegel yazır ki, Sebastian Hartman Almaniyanın hüquq mühafizə orqanlarını diqqətli olmağa səsləyib və bu kimi cinayətlərin və cinayətkarların ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
Hazırda Ukrayna ilə müharibəyə davam edən Rusiya ilə bağlı iddialarının ortaya atılmasından sonra bunun Avropadakı seçkilərə təsir edəcəyi düşünülür.
AfD-nin siyasətçilərinin maliyyələşdirilməsi ilə bağlı iddialar onu göstərir ki, Rusiya gizli üsullarla Moskvanın maraqlarına uyğun olaraq müəyyən şəxsləri dəstəkləyərək Rusiyanın qitədəki nüfuzunu gücləndirməyə davam edir. Qeyd edim ki, illər əvvəl bənzər iddialar Fransa partiyalarının nümayəndələri barəsində də səsləndirilmişdi.
17:19 / 18 Sentyabr 2026
1
17:00 / 18 Sentyabr 2026
16
16:40 / 18 Sentyabr 2026
20
16:20 / 18 Sentyabr 2026
65
16:05 / 18 Sentyabr 2026
71
16:03 / 18 Sentyabr 2026
93
16:00 / 18 Sentyabr 2026
112
16:00 / 18 Sentyabr 2026
65
15:50 / 18 Sentyabr 2026
126
15:39 / 18 Sentyabr 2026
145
15:24 / 18 Sentyabr 2026
229
15:17 / 18 Sentyabr 2026
86
15:11 / 18 Sentyabr 2026
353
15:03 / 18 Sentyabr 2026
86
14:59 / 18 Sentyabr 2026
151
14:54 / 18 Sentyabr 2026
81
14:35 / 18 Sentyabr 2026
123
14:25 / 18 Sentyabr 2026
270
14:14 / 18 Sentyabr 2026
75
14:11 / 18 Sentyabr 2026
74
14:10 / 18 Sentyabr 2026
69
14:03 / 18 Sentyabr 2026
95
13:55 / 18 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.