Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
6098
28.04.2021, 20:10
Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda şübhəli bilinən İmişli rayon sakini Zaur Gözəlov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Gözəlov cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində talama məqsədi olmadan müxtəlif şəxslərə məxsus iki “VAZ 2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb. Həyata keçirilən əməliyyat nəticəsində Ş.Musayev də saxlanılaraq istintaqa təqdim edilib. Hər iki şəxs ifadələrində etdikləri cinayətləri etiraf ediblər.
Onlar barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Zaur Gözəlov və Şəhriyar Musayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
15:12 / 12 Noyabr 2026
1
14:15 / 12 Noyabr 2026
94
14:04 / 12 Noyabr 2026
259
13:59 / 12 Noyabr 2026
219
13:55 / 12 Noyabr 2026
98
13:45 / 12 Noyabr 2026
163
13:36 / 12 Noyabr 2026
208
13:29 / 12 Noyabr 2026
104
13:21 / 12 Noyabr 2026
117
13:20 / 12 Noyabr 2026
142
13:18 / 12 Noyabr 2026
440
13:16 / 12 Noyabr 2026
132
13:07 / 12 Noyabr 2026
377
13:04 / 12 Noyabr 2026
96
13:00 / 12 Noyabr 2026
95
12:40 / 12 Noyabr 2026
102
12:25 / 12 Noyabr 2026
121
12:05 / 12 Noyabr 2026
136
11:55 / 12 Noyabr 2026
129
11:50 / 12 Noyabr 2026
150
11:36 / 12 Noyabr 2026
135
11:35 / 12 Noyabr 2026
130
11:34 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.