Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1853
22.01.2021, 09:55
Ağsu bazarının fəaliyyətini dayandıran polis mayoru Vüsal Əliyev barəsində 94 icarədar daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə şikayət edib. Şikayətdən sonra müraciətə imza atan şəxslərin saxlanıldığı bildirilir.
“SVO” MMC-nin təsisçisi, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, bazarda yalnız ərzaq və kənd təsərrüfatı məhsulları satılır, digər mağazalar bağlıdır: “Dekabrın 29-da Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev gəlib polis əməkdaşları ilə bazarın fəaliyyətini dayandırdı. Ona dedik ki, Operativ Qərargahla danışmışıq, bizim fəaliyyətimizə icazə var. O da dedi ki, Qərargaha deyin Vüsal müəllim deyir ki, bağla.
Sonra yenidən Daxili İşlər Nazirliyinin karantinlə bağlı yaradılmış 012 590 80 20 qaynar xətti ilə əlaqə saxlayıb məlumat verdik. Təxminən 10 dəqiqə sonra bazardakı polislərə əmr gəldi ki, bazardan çıxın, camaatla işiniz olmasın.
Vüsal Əliyevin bu hərəkətlərindən bazardakı 94 icarədar Baş Prokuror Kamran Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Dünəndən başlayaraq həmin müraciətə imza atanları bir-bir polis şöbəsinə aparıb hansısa yollarla şikayətlərindən imtina etdirirlər. Ərizəni yazan Babayev Fariz Böyükağa oğlu imtina etmədiyi üçün döyülüb və kameraya salınıb”.
11:00 / 14 Noyabr 2026
6
10:58 / 14 Noyabr 2026
31
10:46 / 14 Noyabr 2026
49
10:36 / 14 Noyabr 2026
51
10:17 / 14 Noyabr 2026
46
09:59 / 14 Noyabr 2026
79
09:46 / 14 Noyabr 2026
87
09:30 / 14 Noyabr 2026
81
09:29 / 14 Noyabr 2026
108
09:23 / 14 Noyabr 2026
100
08:09 / 14 Noyabr 2026
1389
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
316
00:02 / 14 Noyabr 2026
1225
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
172
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
162
23:17 / 13 Noyabr 2026
434
23:09 / 13 Noyabr 2026
195
23:05 / 13 Noyabr 2026
160
23:02 / 13 Noyabr 2026
352
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.