Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1906
28.07.2020, 19:41
Azərbaycan Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti Mehriban Əliyevaya
MÜRACİƏT
Düşmən həm də xaricdəki diplomatik nümayəndəliklərimizin qarşısında, azərbaycanlıların fəaliyyət göstərdiyi müxtəlif sahələrdə, eləcə də internet məkanında pusqudadır. Düşmənin xisləti dəyişilməzdir. Ermənistan həmişə olduğu kimi mübarizəni mərdliklə yox, sima, vücud, xarakter dəyişərək, cilddən - cildə girərək aparır.
Biz, xalq olaraq mübarizəmizi həmişə həqiqətlərə, tarixi faktlara söykənərək aparmışıq. Bizim həqiqətlərimizin şişirdilməsinə, müxtəlif rəng çalarlarına ehtiyacı yoxdur. Bu, bir faktdır ki, xalqımız tarixin müxtəlif dövrlərində düşmənləri tərəfindən zorakılıq, ayrıseçkilik, sıxışdırma, məcburi köçürmə, əsir götürmə faktlarına məruz qalıb. Vətəndaş olaraq hər birimiz tarixin reallığını, Azərbaycan həqiqətlərini xalqımızın yaşadıqlarını olduğu kimi dünyaya çatdırmağa borcluyuq. Azərbaycan hazırda yalnız səngərdə yox, informasiya meydanında da böyük bir mübarizəyə qoşulub. Mən də öz növbəmdə qarşı-qarşıya qaldığımız informasiya axınında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində əlimdən gələni etməyə özümü borclu hesab edirəm.
14 illik jurnalist fəaliyyətim dövründə 1988-ci il İrəvan azərbaycanlıları, Xocalı soyqırımı zamanı, həmçinin Qarabağ müharibəsi zamanı müxtəlif zamanlarda əsir düşmüş azərbaycanlıların, məcburi köçkünlərin yaşadıqları acınacaqlı xatirələri toplamışam. Kitabda müharibənin, qaçqın, məcbur köçkün, əsir həyatının illər keçməsinə baxmayaraq artan fəsadları, qoyduğu izlər, qorxular, travmalardan bəhs edilir.
1915-ci ildə Osmanlı İmperiyasına qarşı etdikləri xəyanətin nəticəsi olaraq Osmanlı torpaqlarından qaçan ermənilər haqda bir əsrdən çoxdur ki, uydurma və əfsanələr yazılır. Onların "soyqırım"a məruz qaldığı yalanı hər dildə dünya ictimaiyyətinin qulağına pıçıldanır.
Bizim isə yaşadıqlarımız həqiqətdir.
Kitabda onlarla ağrılı xatirə, sağalmaz travmalar yaşayan insanların taleləri var. Qəhrəmanlarımdan biri də Avropada yaşayan, Şuşadan məcburi köçkün olan qadınıdır. O, yetkinlik yaşına çatmasına baxmayaraq hələ də hava fişənglərindən qorxur. Ermənilərin Şuşaya hücumları zamanı Xatirə azyaşlı olub. İllər keçməsinə baxmayaraq, Xatirə hava fişənglərini ermənilərin Şuşaya hücumları zamanı gülləbaran zənn edir. Həmin qadın Xatirə Sərdarqızıdır. O, həmin Xatirədir ki, bir neçə gün öncə Azərbaycanın Belçikadakı Diplomatik Nümayəndəliyinin qarşısında erməni zorakılığına məruz qalıb. Jurnalist fəaliyyətini yerinə yetirdiyi zaman ermənilər tərəfindən daşa tutulub.
Məqsədim azərbaycanlıların illərlə gördükləri əsirlik, sıxışdırma, qaçqın və məcburi köçkün talelərini dünya oxucusuna çatdırmaqdır. Təəssüf ki, belə bir materialın çapı, tərcüməsi və yayılması mənim imkanlarım xaricindədir. Kitabın ərsəyə gəlməsi, çapı, tərcüməsi, yayılması üçün şərait yaradılmasına kömək edəcəyinizə ümidvaram.
Görülən hər bir iş Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının itirdiyimiz torpaqlar uğrunda mübarizəsinin bir hissəsidir. Mən də bütün fəaliyyəti Qarabağ və bizdən qoparılan bütün tarixi torpaqlarımız haqda həqiqətləri dünyaya yaymaqdan ibarət olan jurnalist kimi mübarizəmizin bir zərrəsi olmaqdan məmnunam. Bu yolda kitabımın yararlı olacağına ümid edirəm.
Sübh şəfəqini İrəvanda, əsl adı Təpəbaşı olan ərazidən Ağrı dağını görmək bizim övladlarımızın halal haqqıdır. Bu yolda Tanrı yar və yardımçımız olsun.
Hörmətlə : Jurnalist Günay Arda
10:22 / 17 Noyabr 2026
13
10:17 / 17 Noyabr 2026
30
10:13 / 17 Noyabr 2026
40
10:00 / 17 Noyabr 2026
56
09:58 / 17 Noyabr 2026
60
09:54 / 17 Noyabr 2026
357
09:45 / 17 Noyabr 2026
61
09:43 / 17 Noyabr 2026
78
09:36 / 17 Noyabr 2026
69
09:33 / 17 Noyabr 2026
337
09:31 / 17 Noyabr 2026
92
09:28 / 17 Noyabr 2026
105
09:25 / 17 Noyabr 2026
83
09:11 / 17 Noyabr 2026
89
09:04 / 17 Noyabr 2026
93
08:26 / 17 Noyabr 2026
80
00:49 / 17 Noyabr 2026
167
00:34 / 17 Noyabr 2026
357
00:17 / 17 Noyabr 2026
161
23:58 / 16 Noyabr 2026
165
23:37 / 16 Noyabr 2026
192
23:33 / 16 Noyabr 2026
168
23:25 / 16 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.