Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2215
30.12.2019, 10:41
Vətəndaş Məcidov Mircəlalın saytımıza müraciət edərək "Kantakt Home" mağazasından aldığı məhsulda qüsur aşkarlandığı üçün geri qaytarmaq istəməsi və qarşılaşdığı problem barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, mağaza məhsulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirərək vətəndaşı süründürməçiliyə salır. Saytımıza məlumat verən şikayətçi bildirib ki, aldığı "Hofman" markalı telefon həddindən artıq qızdığı üçün məhsuldan narazı qalıb. Buna baxmayaraq mağaza məhsulu geri qaytarmaqdan imtina edir.
"Əvvəlcə mənə dedilər ki, telefonun qutusunu zədələmişəm. Ona görə də 10-15 faiz istifadə haqqı ödəməliyəm. Mən onlara izah etdim ki, telefonun qutusu mənə bu vəziyyətdə verilib. Daha sonra mağazanın əməkdaşları başqa bəhanə gətirdilər. Dedilər ki, telefon servisdən qayıdandan sonra kənar müdaxilə olub, biz onu geri qaytara bilmərik. Onlar bununla məni süründürməçiliyə salmağa və məhsulun qaytarılması müddətini ötürməyə çalışır. Mən qanunları və hüquqlarımı yaxşı bilirəm. Telefonu aldığım filiala ayın 29-da bir daha yaxınlaşdım. Filial müdiri Nizami müəllim məni görən kimi dedi ki, səni məhkəməyə vermişik. Artıq mənə məhkəmə ilə hədə-qorxu gəlirlər. Mən özümü müdafiə etmək üçün məhkəməyə müraciət edəcəm. Müstəqil ekspertiza tələb edirəm. Qoy, sübut olunsun ki, kim haqlıdır, kim haqsız. Bu şirkətdə konkret söz deyən yoxdur. Hər əməkdaş bir söz deyir. Mən əgər telefonun qutusunu zədələmişəmsə, mənə cərimə çekində hansı səbəbdən cərimələndiyimi əks etdirən sözlər yazılmalıdır. Mağaza bunu verməkdən imtina edir. Deyir ki, biz bununla bağlı sizə o sənədi verə bilmərik. "
Oxu24.com qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırdır.
14:55 / 21 Noyabr 2026
23
14:50 / 21 Noyabr 2026
31
14:35 / 21 Noyabr 2026
156
14:28 / 21 Noyabr 2026
48
14:20 / 21 Noyabr 2026
70
14:19 / 21 Noyabr 2026
55
14:05 / 21 Noyabr 2026
76
14:00 / 21 Noyabr 2026
96
13:34 / 21 Noyabr 2026
130
12:58 / 21 Noyabr 2026
568
12:46 / 21 Noyabr 2026
1695
12:08 / 21 Noyabr 2026
214
11:54 / 21 Noyabr 2026
114
11:50 / 21 Noyabr 2026
143
11:41 / 21 Noyabr 2026
123
11:28 / 21 Noyabr 2026
1686
11:27 / 21 Noyabr 2026
169
11:24 / 21 Noyabr 2026
124
11:16 / 21 Noyabr 2026
121
11:07 / 21 Noyabr 2026
156
11:00 / 21 Noyabr 2026
1543
10:58 / 21 Noyabr 2026
145
10:33 / 21 Noyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.