Qaynar xətt:

(+99450) 247 90 86

Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib 

Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib 

KRİMİNAL

38

21.11.2026, 14:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında Şəki şəhərinin Sabit Rəhman küçəsində baş verib.

Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək onun bud nahiyəsindən xəsarət yetirib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Sevil Babazadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.