Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2046
03.09.2025, 13:10
Jurnalist Aqil Ələsgər "Unibank"la bağlı tənqidi paylaşım edib.
Oxu24.com xəbər verir ki, jurnalist bildirib ki,ona xəbərdarlıq etmədən kredit kartı sıfırlanıb.Jurnalist bankın loqosunu paylaşaraq,"Unibank,sənin soyğunçun" sözlərini yazıb.
"Heç belə bir status yazmaq istəməzdim. Ancaq quldur sələmçi təfəkkürlülər bunu yazmağa məcbur etdi.
Deməli, Azərbaycanda bank sistemi onsuz da it günündədir, sahibi Fransanın kavalyeri olan Unibank isə unikallığı ilə seçilir. Deməli, 30 sentyabrda mənlə olan kredit müqavilələri başa çatır deyə 15 gün əvvəl 1900 manatlıq kredit xəttini beş illik 10 min manata qaldırmağı təklif etdilər. İmtina etdim. İmtinadan üç gün sonra limiti 500 aşağı saldılar. Dünən də 1400 manatlıq kredit kartı borcunu ödəyən kimi kartı sıfırlayıblar.
Yəni, müqavilənin bitməsinə hələ bir ay var və bir gün belə gecikməm olmadığı kimi 15 gün öncə yalvarırcasına “şöbədə beş dəqiqə vaxtınız gedəcək, kredit xəttini 10 min edək, əlavə də 5 min nağd kredit verək” deyən bank kredit xəttimi bağlayıb. Bu rəzilliyin, müştərisinə xəbərdarlıq etmədən hesab sıfırlayan banka kiminə nə ürək sözü varsa, deyə bilər.
İnşallah tezliklə, bağlanan, qapısı möhürlənən banklar arasında səni də görərik, Unibank!",-deyə Aqil Ələsgər paylaşımında qeyd edib.
Oxu24.com məsələ ilə bağlı bankın da mövqeyini işıqlandırmağa hazırdır.
Miri Məcidli
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.