Ürək qüsurlu şəxsin pensiyası niyə kəsilib?– RƏSMİ CAVAB
02 İyun 2026, 17:52
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1649
21.07.2025, 10:11
Ötən gün gecə saatlarında Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobusun İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılması ilə bağlı məlumat yayılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişini gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib. Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.
Oxu24.com xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a saxlanılan avtobusların sərnişinləri məlumat veriblər.
Onların sözlərinə görə, sərnişinlərə nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsilə Culfa gömrüyünə qədər getməyə icazə verilir. İran tərəfi sərnişinlərə bildirib ki, avtobus reyslərinin yenidən işə düşməsi üçün Azərbaycan tərəfi Tehrana rəsmi məktub yazıb, icazə istəməliymiş. İran tərəfi onları təhdid edərək avtobusların saxlanılmasını ictimailəşdirməməyi, həmin yerdən aralanacaqları təqdirdə həbs olunacaqlarını bildirib.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, artıq həmin sərnişinlər Naxçıvana çatıblar: “Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı. 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq həmin avtobuslar gecə saat 02:00-03:00 radələrində Naxçıvan Avtovağzalına çatıblar.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır”.
Qeyd edək ki, Bakıdan Naxçıvana və əks istiqamətə İran ərazisindən keçməklə hərəkət edən avtobus reysləri uzun illərdir ki, fəaliyyət göstərir. İsraillə İran arasında müharibə səbəbindən təhlükəsizlik məqsədilə dayandırılan reyslər iyulun 19-dan etibarən bərpa olunub.
21:08 / 16 Avqust 2026
7
20:46 / 16 Avqust 2026
40
20:39 / 16 Avqust 2026
356
20:33 / 16 Avqust 2026
142
20:19 / 16 Avqust 2026
26
19:56 / 16 Avqust 2026
65
19:40 / 16 Avqust 2026
72
19:29 / 16 Avqust 2026
98
15:05 / 16 Avqust 2026
124
14:20 / 16 Avqust 2026
129
14:12 / 16 Avqust 2026
373
13:55 / 16 Avqust 2026
137
13:45 / 16 Avqust 2026
380
13:40 / 16 Avqust 2026
1007
11:57 / 16 Avqust 2026
121
11:56 / 16 Avqust 2026
124
23:29 / 15 Avqust 2026
270
23:27 / 15 Avqust 2026
148
22:53 / 15 Avqust 2026
205
22:35 / 15 Avqust 2026
179
22:24 / 15 Avqust 2026
224
21:57 / 15 Avqust 2026
184
21:37 / 15 Avqust 2026
651
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.