6 ildir mənzillərinə çıxarış ala bilmirlər – ŞİKAYƏT - VİDEO
05 Sentyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3992
07.10.2024, 13:25
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "ABC-TELECOM" MMC-yə ("Kontakt Home" əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırıb.
Oxu24.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Kontakt Home" satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozmaqda, eləcə də malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmaqda ittiham olunur.
Belə ki, "ABC-TELECOM" MMC "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və 7-ci maddələrinin tələblərini pozduğu üçün Dövlət Xidməti tərəfindən ötən ay barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 444.2-ci və 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Qeyd edək ki, İXM-in 447.0.1-ci maddəsində deyilir ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Burada "az miqdarda" dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. 444.2-ci maddədə isə deyilir ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bundan əvvəllər də "Kontakt Home" barəsində qanunvericiliyin pozulması əlamətləri üzrə iş qaldırıb.
18:40 / 06 Sentyabr 2026
1
18:15 / 06 Sentyabr 2026
24
15:39 / 06 Sentyabr 2026
1083
14:35 / 06 Sentyabr 2026
82
14:16 / 06 Sentyabr 2026
85
14:14 / 06 Sentyabr 2026
77
14:00 / 06 Sentyabr 2026
81
13:25 / 06 Sentyabr 2026
79
12:50 / 06 Sentyabr 2026
94
12:45 / 06 Sentyabr 2026
82
12:42 / 06 Sentyabr 2026
939
12:14 / 06 Sentyabr 2026
101
12:10 / 06 Sentyabr 2026
86
12:05 / 06 Sentyabr 2026
99
12:00 / 06 Sentyabr 2026
87
12:00 / 06 Sentyabr 2026
93
11:49 / 06 Sentyabr 2026
94
11:33 / 06 Sentyabr 2026
591
11:29 / 06 Sentyabr 2026
94
10:55 / 06 Sentyabr 2026
300
10:49 / 06 Sentyabr 2026
92
10:42 / 06 Sentyabr 2026
79
10:39 / 06 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.