Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Yaralılar var

Azərbaycanda gecə saatlarında dəhşət: Yaralılar var

REDAKTORUN SEÇİMİ

1237

02.01.2022, 17:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Masallıda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Mahmudavar kəndi ərazisində baş verib. Lənkəran rayon sakini İlqar Bəşirovun idarə etdiyi “VAZ 2107” və Masallı rayonu, Mahmudavar kənd sakini İnqilab Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ 2107"in sürücüsü İlqar Bəşirov, avtomobildə olan daha iki nəfər - Vüsal İsmayılov və Cəsarət Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların hər üçü travmatalogiya şöbəsinə yerləşdirilib. Qəzaya “Mersedes”in sürücüsünün səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.