Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1295
11.11.2023, 21:54
Kişi xəyanətə uğradığını zənn edərək sevgilisini və onun atasını qətlə yetirib.
Oxu24.com xəbər verir ki, Rəsul (Adlar şərtidir) və Ülkər ortaq dostlarının məclisində tanış olub, daha sonradan bir-birilərini bəyənib və seviblər. Ülkər gözəllik salonlarının birində işləyir və kirayə mənzildə yaşayırdı. Rəsul isə bir neçə ildir ki, kiçik bizneslə məşğul olurdu və şəxsi evi var idi.
Rəsul demək olar ki, hər gün telefonda Ülkərin sosial şəbəkə hesabındakı fotolarına baxır, ağlına xəyanət, yalan və olmazın fikirlər gəlirdi. Rəsulun xasiyyətcə qısqanc olması Ülkərə məlum olsa da, onun barəsində nə düşündüyündən xəbərsiz idi.
Hadisə baş verən gün Rəsul bütün işlərini atıb Ülkəri görmək üçün onun işlədiyi yerə getmək qərarına gəlir. Rəsul avtomobili ilə Ülkərin iş yerinə doğru yollanarkən onu yoxlamaq üçün zəng etmək, sanki heç nə baş verməyib kimi sınamaq fikrinə düşür və bununla da hər şeyi ifşa etmək istəyir.
Ülkər Rəsuldan gizlətsə də, çox vacib bir görüşə gedirdi. Amma eyni zamanda bilmirdi ki, Rəsul artıq onun yalan dediyini bilir və hər addımını maşınla izləyir.
Şəhərin mərkəzindəki kafelərdən birini işlədən atasının yanına gələn Ülkər bir vaxtlar ona hədiyyə üçün söz verdiyi evi görmək istədiyini deyir. Daha sonra onlar birlikdə evə baxmağa gedirlər.
Beləliklə, Rəsul Vəfadar və Ülkərin restorandan çıxıb maşına minməsini görən zaman sanki dəliyə dönür və əsəblərinə hakim ola bilmir. Düşüncələrində artıq yad bir kişi ilə onu aldadan Ülkər formalaşmışdı.
Vəfadar Ülkəri ona bir ata olaraq söz verdiyi mənzili göstərməyə apararkən Rəsul küçə-küçə, məhəllə-məhəllə onları izləyirdi. Ülkərə arabir zəng edir, onunla əlaqəsiz söhbətlər edir, gərginliyini daha çox nifrətə çevirir, ağlasığmaz hərəkətlərini etmək üçün uyğun zamanı gözləyirdi.
O an gəlib çatır, Rəsul öz avtomobilini Vəfadarın və Ülkərin əyləşdiyi avtomobilə çırpır. Bu vaxt Vəfadar avtomobili saxlasa da, həm Vəfadar, həm də Ülkər xəsarət alırlar.
Rəsul Vəfadarın avtomobilini vurduqdan sonra əvvəldən üzərində gətirdiyi bıçağı götürərək Ülkərə tərəf gedir və ard-arda həm ona, həm də atasına bir neçə zərbə endirərək hər ikisini qətlə yetirir. Daha sonra hadisə yerindən qaçır. Üstündən bir müddət keçdikdən sonra isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olur.
Ətraflı Baku TV-nin süjetində:
13:29 / 27 Sentyabr 2026
47
13:26 / 27 Sentyabr 2026
45
13:12 / 27 Sentyabr 2026
42
13:01 / 27 Sentyabr 2026
92
12:58 / 27 Sentyabr 2026
44
12:46 / 27 Sentyabr 2026
283
12:38 / 27 Sentyabr 2026
48
12:29 / 27 Sentyabr 2026
220
12:06 / 27 Sentyabr 2026
59
11:52 / 27 Sentyabr 2026
136
11:44 / 27 Sentyabr 2026
67
11:35 / 27 Sentyabr 2026
518
11:30 / 27 Sentyabr 2026
71
11:28 / 27 Sentyabr 2026
57
11:04 / 27 Sentyabr 2026
654
11:00 / 27 Sentyabr 2026
154
11:00 / 27 Sentyabr 2026
65
10:50 / 27 Sentyabr 2026
182
10:40 / 27 Sentyabr 2026
92
10:37 / 27 Sentyabr 2026
72
10:33 / 27 Sentyabr 2026
141
10:30 / 27 Sentyabr 2026
63
10:16 / 27 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.