Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Ölənlər var - Hadisə yerindən FOTOLAR

2022/09/29/1664426702_tecili-yardim-gece.jpg

REDAKTORUN SEÇİMİ

1082

29.09.2022, 08:40

Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

''Report''un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Pensiya alanlara ŞAD XƏBƏR! Artım bu qədər və bu tarixdən olacaq

 

Cəbhədə yeni təxribat: Bakı Ermənistana qarşı yeni əməliyyata başlayır?

Bakıda məşhur şirkət işilər axtarır - MAAŞ 2000 AZN